Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır
Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır.
Ölkəmiz türk dünyasının əhəmiyyətli dövlətlərindən biri olan Qazaxıstanla qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Xalqlarımızın ortaq etnik və dini-mədəni yaxınlığı bu bağları daha da möhkəmləndirir. İki ölkə arsındakı dostluq əlaqələrinin təməli Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Ölkə başçısının uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri bu gün bütün siyasi müstəvilərdə özünün ən yüksək mərhələsinə çatmışdır. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixi qədimdir. Biz eyni kökə, mədəniyyətə, tarixə və ənənələrə malikik. Xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Sovet dövründə də eyni ittifaqın tərkibində olmuşuq. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, strateji tərəfdaşlar, müttəfiqlərdir. İki dövlət arasında imzalanmış sənədlər göstərir ki, ölkələr arasında əlaqələrin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişaf üçün geniş perspektivlər mövcuddur. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş ölkələr kimi beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr təşkil edir. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Azəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Qazaxıstan ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana hər zaman dəstək olub. Eyni zamanda işğaldan azad edilən Füzili şəhərində açılışı olan Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir. Göründüyü kimi, əsası illər öncə qoyulmuş qardaşlıq münasibətləri bu gün yeni dəyərlərlə zənginləşir, zamanın sınağından çıxmış Qazaxıstan-Azərbaycan dostluğunun daha böyük perspektivindən xəbər verir. Etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti
Sülh naminə danışıqlar.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımızın da xüsusi diqqət mərkəzindədir. Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan sənədləri göstərir ki, Liderlərin strateji seçimi tam mənada üst-üstə düşür, xalqlarımızın və dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Verilən bəyanatlar onu da göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrimizin dərinləşməsinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikir bu mənada olduqca əhəmiyyətlidir. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim, əslində, TransXəzər nəqliyyat dəhlizinin bütövlükdə Orta Dəhliz Avrasiya məkanı üçün indi daha çox cəlbedici olduğunu nümayiş etdirdi. Fərqli coğrafiyalarda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi bir şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, heç şübhəsiz ki, həm Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir.Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan tranzit potensialını reallığa çevirmək imkanını əldə edir, Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.Prezident Kasım-Jomart Tokayevin cəmiyyətimiz üçün olduqca həssas olan bu mövzu ilə bağlı səmimi açıqlamasını dinlədikdən sonra düşünməyə əsas verir ki, kaş Ermənistana görə ölkəmizi hədəf seçənlərin yanaşmasında aşırı erməni sevdası ilə yanaşı, bir az da ədalət hissi olaydı. Əsassız bəyanatları və qərəzli qətnamələri ilə sülh gündəliyini bu gün də təhdid edən Ermənistanın himayədarlarından fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda dinc birgəyaşayışın bərqərar olunmasında, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin qurulmasında, həqiqətən, maraqlıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri bunun əyani sübutudur. Özü və qonşuları üçün dinc həyat, sülh və əmin-amanlıq istəməyən heç bir ölkə bərpa-quruculuq işlərinə milyardlarla vəsait xərcləməzdi. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa olunmuş və martın 12-də dövlət başçılarının iştirakı ilə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də tarixi ədalətin bərpasına hörmət rəmzidir.
Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti
Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir.
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Martın 11-də iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.Həmin gün iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib.Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Dövlət başçıları Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.Görüş çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıb, daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə dost Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət verilir. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib.Mətbuata bəyanatında ölkə başçısı İlham Əliyev vurğulayıb ki: “İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim.Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir”.Həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.
Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti