21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq

BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq

BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq

Aprelin 4-də ilk dəfə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər edib. İki ölkə arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Ölkələrimiz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.  Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Qoşulmama Hərəkatına Azərbaycanın 4 illik sədrliyi dövründə Konqo hər zaman ölkəmizin işinə dəstək verərək hərəkatın institusional inkişafına töhvə vermişdir. Məhz Azərbaycanın rəhbərlik etdiyi dövrdə Qoşulmama hərəkatı güclü təşkilata çevirildi. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatının 121 üzvü var. Təşkilatın nüfuzunun və təsir dairəsinin genişləndirilməsi ölkələrimizin ortaq marağlarından biridir.

Azərbaycanın Qoşulmama Hərəkətına sədrliyi dövründə fəaliyyətinin əsasının neokolonializmə qarşı mübarizə məsələləri təşkil edib və hal-hazırda da bu siyasət davam etdirilir. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakı Təşəbbüs Qrupunun yaradılması və qurumun dünya miqyasındakı nüfüuzu, artan fəallığı real nəticəyönümlü işlərlə göz önündədir. Bu beynəlxalq qurumun əsas vəzifəsi müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək və onları hüquq çərçivəsində azadlığa qovuşmalarını təmin etməkdir.

İqtisadi sahədə Azərbaycan Konqo ilə bağlı bir sıra investisiya layihələrində iştirak etmək niyətindədir və ən başlıca sahə kən təsərrüfatıdır. Bununla bərabər bərpəolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir

Aprelin 4-də ölkəmizə ilk dəfə rəsmi səfərə gələn Konqo Prezidenti  Denu Sassu-Nqesson ilə Prezident cənab İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında  iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı. Səfər çərçivəsində 4 mühüm sənəd imzalandı ki, bunlardan biri prezidentlərin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası  və Konqo Respublikası arasında  əməkdaşlıq haqqında Bəyannamə»dir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Dövlət başçısı İlham Əliyev son 20 ildən artıq dövrün reallıqlarından geniş bəhs edərkən bildirir ki, siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı.  Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi,  münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yarandı. İkitərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev öncə Azərbaycanın iqtisadi potensialından bəhs edərək əlaqələrin inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırır.

Görüş zamanı qeyd edildi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi şöhrət qazanır. Son zamanlar qarşılıqlı səfərlər zamanı əsas diqqət göstərilən məsələlərdən biri məhz COP29 tədbiridir. Cənab İlham Əliyev Konqo Prezidentini tədbirdə iştiraka dəvət edərək bir daha vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır. Burada Konqo ilə ikitərəfli  və çoxtərəfli formatda əməkdaşlıq etmək  məqsədəmüvafiq ola bilər.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır

Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir”. Bunu Prezident cənab İlham Əliyev Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib. “Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına – Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.  Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk dəfə rəsmi səfərə gəlib. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. Prezidentlərin görüşlərində iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın