05.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İcra başçısı külli iqdarda pul mənimsəməkdə təqsirləndirilir… – Əcəba kim tərəfindən ?

İcra başçısı külli iqdarda pul mənimsəməkdə təqsirləndirilir… – Əcəba kim tərəfindən ?

“Getdi kişilik zəmanəsi”…
Rəvayətə görə Qoç Koroğlu adı ilə dillərdə dastan olan Alı oğlu Rövşən bu sözləri ilk tüfəngi gördüyündə deyib..

“Belə zaman hara, qoç iyit hara,
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?”

Doğrudan da bu sualın cavabı çox mübahisəli mövzudur – insanlar dəyişib, yoxsa zəmanə?…

Əsrlər əvvəl ölkələr arasındakı müharibələr belə meydanlarda üzbəüz aparılırdı.
İndi ölkələr arasındakı müharibələr gizlin mövqelərdən, insanlar arasındakı “soyuq müharibələr” isə cadu, mərdimazarlarçılıq, el dilində desək, “üzə gülüb, ayağının altını qazmaq” yolu ilə aparılır və nə yazıq ki, çox zaman sonda haqsız tərəf “qalib” olur.

İşin bu tərəfindən baxanda yuxarıdakı sualın cavabının, insanların dəyişməsi imiş kimi görünür. Amma, burdan da başqa bir sual yaranır – insanları dəyişməyə vadar edən səbəb nədir?

Nə yazıq ki, son zamanlar mətbuat da bu kimi “müharibələr”də “silah ” kimi istifadə edilən vasitələrdən birinə çevrilib.

Sıradan insanlar qərəzli olduqları şəxs barəsində oturduğu hər məclisdə yerli-yersiz cümlələr quraraq, onu cəmiyyətin gözündən salmağa çalışır, iş adamları, vəzifəli şəxslər də öz bir-biriləri barəsində mətbuata müəyyən məlumatlar sızdırmaqla qarşı tərəfin iş həyatında əngəllər yaradırlar. Və nə yazıq ki, dövlətdən lazımi dəstək görməyən, əksinə, onların sözün əsl mənasında məhvi istiqamətində xüsusi dövlət dəstəyinin (yeni qəbul edilmiş qanunlar belə düşünməyə əsas verir) olduğunu görən bəzi saytlar da məcburiyyət qarşısında, nəyəsə xatir özləri də bilmədən qərəzli insanların məkrli “oyunlarının oyuncağ”ı olurlar. Ölkədə kifayət qədər narazılıqlardan, məmurlar barəsindəki şikayətlərdən həm də xalqın nümayəndəsi olaraq cana doyan digər müstəqil saytlar isə bunu da haqlı narazılıq sanaraq, istinad edib, yayımlayırlar.

Təkrar olaraq, xatırladaq ki, bir neçə ay əvvəl belə bir olay “DogruXeber.az” olaraq bizim də başımıza gəlmişdi.

Belə ki, başqa sayta istinad olaraq, bir neçə ay əvvəl “DogruXeber.az” informasiya portalında Sumqayıt şəhər İcra Hakimiyyəti barəsində bir məlumat dərc edilmişdi.

Məlumat dərc edildikdən bir neçə saat sonra özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyev adlı şəxs əməkdaşımızla əlaqə saxlayaraq, məlumatı bizim də yayımladığımıza görə təşəkkür etmişdi. Əməkdaşımızın, “məsələ ilə sizin nə kimi bağlılığınız var” sualına, “o, yazıların hamısını mən yazdırıram” deyə, cavab vermişdi. Halbuki, bugünə qədər də bütün yazılarda, kimsənin adı çəkilmədən, ‘iş adamları” deyə qeyd edilir.

İcra başçısı külli iqdarda pul mənimsəməkdə təqsirləndirilir... - Əcəba kim tərəfindən ?

 

Müqayis Verdiyev

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun iş adamlarına borclu olduğu barəsində bizim də agentliyimizdə qarşı tərəfin mövqeyi soruşularaq, özəl məlumat dərc edilmişdi. Düzdür, təəssüf ki, icra hakimiyyətinin cavabı biraz gecikdiyi üçün, biz məlumatı onların mövqeyi olmadan yayımlamışdıq və qeyd etmişdik ki, növbəti günlərdə Zakir Fərəcovun “borclu olduğu 640 nəfər iş adamları”nın adlarını açıqlayacağıq, həmçinin onların bir neçəsi agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında canlı yayımda qonaq olacaq.

Bəli, biz bu anonsu vermişdik, çünki, 640 nəfərin adından danışan 1 nəfər Müqayis Verdiyev bizə belə demişdi. Lakin, zamanı gəldiyində Müqayis Verdiyevin stressdən bəzilərinin hətta infarkt keçirdiyini dediyi 640 nəfərin birini görmədik, nə də kimsə bizimlə əlaqə saxlayıb, Müqayis Verdiyevin sözlərini təsdiq etmədi, nəinki, bu barədə canlı yayımda danışan ola.

Arzularına çatmayan “iş adamı” qərəzli mövqedən...

“Özümə yer edərəm, gör sənə nələr dərəm”… – İş adamının “yaşam prinsipi”

Maraqlıdır ki, bu adam ötən yayımlarımızda da qeyd etdiyimiz kimi, baş prokurorla çox yaxşı münasibətlərinin olduğunu, hətta baş prokurorun onun məsələsinə görə Zakir Fərəcovla münasibətlərinin korlanmasını deyirdi, prezident administrasiyasında güya bu borc məsələsi ilə bağlı kimlərinsə nəysə önəmli planlarının olduğunu, hətta birinci xanımla kiminsə bu barədəki dialoqunu belə danışırdı. Bir sözlə, adam söhbət əsnasında ssenari qururdu…

Söz yox ki, onun bir neçə ay əvvəl Zakir Fərəcovun barəsində xəyallarına uyğun verdiyi anonslar özünü doğrultmadı, amma bir neçə gün əvvəl saytlardan birində yayımlanan məlumatda daha bir oxşar “öncəgörücü” məlumatlar oxuduq. Doğrusu, yazını oxuyan kimi “iş adamları” Müqayis Verdiyevin dəsti-xətti o dəqiqə özünü büruzə verir.

Görünür, türkiyəlilər demiş, “huylu huyundan vaz keçməyib”.

“Gündəlik Bakı” saytının məlumatında mer olmaq arzusunun olduğu bildirilən, hər kəlməsindən qərəzli olduğu bəlli olan və öz planlarında ölkənin birinci xanımının və baş prokurorun adını belə alət etməkdən çəkinməyən “640 nəfərlik” Müqayis Verdiyev deyəsən bu arzusuna gedən yolda, “ya sənə verən Allah, ya mənə” deyə, Zakir Fərəcovu gözünə kəsdirib…

Allah axırını xeyir eləsin.
Bu gün dövlət məmuruna bunları edən, sabah mer olarsa, xalqa nələr edər… təsəvvür etmək belə, tükürpədicidir.

Demək ki, yuxarıda qeyd etdiyimiz, insanları dəyişməyə vadar edən səbəb şəxsi maraqlarıdır. Hər halda gedişatlar bunu göstərir…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın