22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nazir bu cinayət əməllərindən xəbərsizdir?!-VİDEO

Nazir bu cinayət əməllərindən xəbərsizdir?!-VİDEO

Ekologiya və ” səlahiyyətli əməkdaşlarının Təbii Sərvətləri” Nazirliyi…

Hər gün gördüyümüz, oxuduğumuz, izlədiyimiz, şahidi olduğumuz “ağac biznesləri”, həmçinin təbiətimiz üzərindən baş tutan digər biznes sahələri qurum haqqında hər kəsdə bu cür düşüncə formalaşdırır.

Artıq bir neçə müddətdir ki, “DogruXeber.az” informasiya portalında, eləcə də digər sosial media və sosial şəbəkələrdə ölkənin müxtəlif yerlərində – istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarda yaşıllıq ağaclarının məqsədli şəkildə kəsilməsi, ekologiyanın çirklənməsi – bir sözlə təbiətə qəsdən ziyan vurulduğu barəsində məlumatlar yayımlanır. Hətta, aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəxsən də məlumatlar bildirmişik. Amma…..

“Amma”sını biz də bilmirik. Deyəsən, bu “Amma” dedizdirən səbəb, sözügedən nazirliyin səlahiyyətli əməkdaşlarının yaratdığı əmmalarla bağlıdır.

ETSN-nin isə “əlindən yalnız susmaq gəlir”…

Biz – yəni, bir çox sosial informasiya portalları, öz növbəmizdə, səlahiyyətlərindən sui istifadə edib, ekologiyadan sərvət qazanan nazirlik əməkdaşlarının adlarını da dəfələrlə çəkmişik. Nə yazıq ki, məlumatlara aidiyyatı qurumun özü deyil, elə adı çəkilən nazirlik əməkdaşları özləri reaksiya verir, yaxud açıqlama (əgər, açıqlama demək olarsa…) gətirirlər. Təbii ki, bu kimi hallar çox “nadir” hallarda baş verir. Əsasən, ümumiyyətlə yayılan məlumatlara əhəmiyyət vermirlər. Çünki, onlar da özbaşına hərəkət etməyiblər. İcazə, yaxud tapşırıq aldıqları bir yer vardır vardır əlbət.

Məsələn, nazirin əmisi oğlu olduğu deyilən Füzuli Babayevin iki saata 24.000 (iyirmi dörd min) AZN istədiyini yazdıq, məlumat yayımlanandan aylar sonra Füzuli Babayevin dediyi yeganə söz bu oldu ki, “Mən nazirin əmisi oğlu deyiləm”.

Ola bilər. Amma, əmisi oğlu olmasa da onun taa “Socar”da işlədiyi dövrdən nazir Muxtar Babayevə “suyunun şirin gəldiyindən”, Muxtar Babayevin nazir təyin edilən kimi, onu da öz yanına gətirdiyindən, hətta bir çox fikirlərini məhz onunla bölüşüb, onunla məsləhətləşdiyindən xəbərdarıq ki, bu da onların nə dərəcədə yaxın olduqlarının isbatıdır.

Bundan əlavə, Cənub meşələrini məhv edənlərin “himayədar”ı, dolayısıyla bu cür cinayət tərkibli əməllərdə əsas qüvvə olduğu deyilən Nazir müavini Vüqar Kərimov desək, o da öz “işində-gücündə”, hər zamankı “fəaliyyətinin başında”…

Atalar yaxşı deyib, “balıq başdan iylənər”…

Yeri gəlmişkən, “DogruXeber.az” bildirir ki, sosial şəbəkələrdə 7 saylı Şəki regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyətsizliyi (ya da şəxsi məqsədlərinə uyğun fəaliyyəti) barədə videogörüntü yayımlanıb.

Gördüyünüz kimi vətəndaş bildirir ki, 7 saylı Şəki Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olan ərazilər üzrə şəxsən şahidi olduğu yüzlərlə qanunsuz ağac kəsimi barəsində məlumat verib. Lakin, hər dəfə də sözügedən idarənin rəisi Namiq Yusifov onu yayındırmaq üçün müxtəlif səbəblər (bəhanələr) gətirib.

Görünür, gah “ora bələdiyyə ərazisidir”, gah da “o ağaclar şəxsi həyətlərdən kəsilib” deyən rəis ya özü işinin nələrdən ibarət olduğunu bilmir, ya da ona o sualı verən şəxsləri “bisavad” hesab edib.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın