Millət vəkili vəfat edən hərbçinin ailəsini ziyarət edib – FOTO
Millət vəkili Anar Məmmədov Goranboy rayonu Qurbanzadə kəndində Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edən hərbçi Bayramov Namizədin ailəsini ziyarət edib.
Qanunla.Az xəbər verir ki, ziyarətdə rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Görüşdə çıxış edən millət vəkili ailəyə bağsağlığı verib, vəfat edən hərbçinin ailəsinin qayğıları ilə maraqlanıb.
Onu da qeyd edək ki, Bayramov Namizəd Vətən müharibəsinin iştirakçısı olub, iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın