22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü böyük bir epoxa təşkil edir. Ulu öndər Heydər Əliyev epoxası sosializm cəmiyyəti şəraitində xalqımızı dövlət müstəqilliyinə hazırlamaqdan ölkəmizdə müstəqil dövlətçiliyin xilasına və yenidən bərpa edilməsinə, gələcək inkişafın möhkəm təməllərinin yaradılmasına qədərki ümummilli xarakterli kompleks məsələləri özündə birləşdirir. Bu tarixi epoxanın yaradıcısı və aparıcı tarixi siması olan görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur. Ulu öndər Heydər Əliyev epoxasının ictimai-siyasi hadisələri və tarixi nailiyyətləri xalqımızın mənəvi təkamülündə Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında xüsusi mərhələ kimi şərəfli tarixə çevrilmişdir. Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət rəhbəri kimi cənab İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti siyasi varisliklə yeni tarixi epoxanın reallıqları, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan cənab Prezidnet tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilərək müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır. Prezident cənab İlham Əliyev üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəddir. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı  dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində cənab Prezidnet özünəməxsus obrazının yaranmasına xidmət edir.

Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi cənab Prezidnet beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün  cənab Prezidnetin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident cənab İlham Əliyevlə müqayisə edilə biləcək  liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün “Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir”  prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Məhz ona görə də Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Azərbaycan bütün əraziləri və yaşayış məntəqələri özü bərpa edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra hər birimizin arzusu idi. Çünki yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır.  Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu 20 ildə haradan-haraya gəldiyimizin çox açıq mənzərəsi görünür. Bugünkü Azərbaycan isə, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. 2023-cü ilin 19-20 sentyabr hadisələrinə qədər gedilən yol məqsədyönlü, məqsədə hesablanmış yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi. Cənab Prezidentin sözləri ilə desək “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Cənab Prezident bu ədaləti, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Məhz buna görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir: “Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.     Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu nəhəng layihələr imkan verir ki, bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıtsın.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

23 aprel hadisələri çox önəmli bir tarixdir

2023-cü ilin 23 apreli  tariximizdə rəmzləşməyə layiq bir gündür. Bu gün çox güman ki, mühüm bir tarixə çevriləcək. Çünki bu gündə elə bir hadisə baş verdi ki, özündən sonra tarix boyu yaşayacaq proses başlatdı. 23 apreldə Laçın yolunda dövlət sərhəd buraxılış məntəqəsi qurduq. Ermənilər bunu gözləmirdilər. Cənab Prezidenti həmin gün tarixi bir qərar verdi. Bu qərara əsasən də ilk dəfə dünyaya mesaj verildi ki, Laçın yolu sahibsiz deyil, bizdən qoparıla bilməz, başqalarının nəzarətində qala bilməz. Bu ərazi süveren Azərbaycanın ərazisidir və bu ərazidə süveren hüquqlarımızdan irəli gələn bütün addımları kimsəyə hesab vermədən atacağıq. Ermənistanın Qarabağ sakinləri olan ermənilərlə 1988-ci ildən başladıqları özbaşına, qızışdırıcı, separatçı  əlaqələrinə məhz həmin gün son qoyuldu. 23 aprel Qarabağda separatizmin əl- ayağının yığışdırıldığı gündür, Qarabağda separatizmin lokallaşdırıldığı və bir küncə sıxışdırıldığı gündür. Çox keçmədi ki, Separatizm elə bu küncdə də məhv edildi.

23 aprel erməni separatizminin Ermənistandan qanunsuz hərbi-texniki təminat prosesinə son qoyulduğu gündür. 23 apreldə Laçın yolunda postun qurulması Prezident cənab İlham Əliyevin sadə görünən məsələlərdə belə nə qədər böyük strateji düşüncə nümayiş etdirdiyinin növbəti təsdiqidir. Xankəndi və ətrafındakı separatçı yuvalar təmizlənəndə, bu ərazilər tam olaraq nəzarətimizə qayıdanda 23 aprelin dəyəri daha dərindən göründü. 30 il Qarabağda misli görünməyən cinayətlər törədib cəzasız qalacaqlarını zənn edən erməni cinayətkarlar məhz 23 aprel günündə qurulan postumuzun hesabına ələ keçirlər. Bundan sonra da ya həmin postdan oğru kimi gizli keçərkən yaxalandılar, ya Xankəndidə məhv edilər, ya da təslim oldular. 23 aprel 8 noyabr Zəfərini  məzmunca tamamlayan real tarixdir. 8 noyabr olmasaydı 23 aprel olmazdı, 23 aprel olmasıyla 19-20 sentyabr ilə Zəfəri tamamlanmış oldu.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı.

Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini

 

 

Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində COP29 Azərbaycanda keçiriləcək

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədləri universal sənədinin müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri də – İqlim dəyişikliyinə qarşı mübarizə idi. “Heç kəsi kənarda qoymayaq” prinsipini özündə ehtiva edən “2030 Gündəliyi” universal sənədinin qəbul olunması, eyni zamanda  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Parisdə keçirilən 21-ci sessiyasına təsadüf etmişdi. Belə ki, məhz həmin sessiya çərçivəsində Azərbaycanın da 22 aprel 2016-cı ildə imzaladığı və həmin ilin oktyabr ayında Milli Məclisdə ratifikasiya olunan Paris İqlim Sazişi imzalanmışdı. Ümumiyyətlə 20-ci əsrin ortalarından bəri dünya dövlətləri və insanlar dünyanın iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş, qlobal miqyasda dəyişikliklərə səbəb olmuşlar. Bu gün artıq bütün planetdə iqlim dəyişikliyinin təsirləri əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti hər zaman ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olub. Son 20 ildə Prezident cənab İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Yaşıl inkişaf gündəliyinə uyğun olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi, eləcə də bu strategiyanın koordinasiyasında milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, iqtisadiyyatın dekarbonizasiyası ölkənin iqtisadi, habelə insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir. Ölkəmizin beynəlxalq nüfuzunun artması, regionda baş verən geosiyasi proseslərdə əsas aktora çevrilməsi, həmçinin konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində əlavə öhdəliklərə imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edir. Bu baxımdan, təsadüfi deyil ki, COP29-un ardınca Azərbaycan BMT-nin 2026-cı ildə daha bir mötəbər tədbirinə ev sahibliyi edəcəkdir. Nəzərə alaraq ki, şəhərlər və şəhər inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır, BMT-nin İnsan Məskənləri Proqramının 13-cü Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair qərar dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymət oldu. Beləliklə, beynəlxalq müstəvidə əldə etdiyimiz bütün uğurlar, qazandığımız nailiyyətlər Prezident cənab İlham Əliyevin dünyada sülhün və davamlı inkişafın təmin olunması istiqamətində apardığı siyasətinə olan etimadın bariz göstəricisidir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

Önəmli mesaj

“Prezident cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından, enerji diplomatiyasından,  dünyanın enerji xəritəsini dəyişən layihələrdən, hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçiddən, yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərindən, gücümüzün əsas mənbəyi olan haqlı mövqeyimizdən, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və digər məsələlərdən bəhs edərək  bu siyasi həqiqəti təsdiqlədi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları bunun bariz nümunəsidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Sabit inkişafın bünövrəsi məhz 1993-2003-cü illərdə qoyuldu. 2003-cü ildə isə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.  Cənab İlham Əliyev müsahibəsində bu məqamı xüsusi vurğuladı ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik.  Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.”

Hazırda Azərbaycana beynəlxalq dəstək möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir: “Azərbaycan iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir.” Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünyaya daim qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin təqdimatı baxımından da xüsusi diqqətdə oldu: “Hər zaman bir yerdə olan iki qardaş ölkənin liderlərinin qardaşlıq münasibətləri əlaqələrimizin inkişafında öz sözünü deyir. “Bir millət, iki dövlət” olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstəyini əsirgəmədi. Bu dəstək bir çoxlarına mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun.  Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Dövlət başçısı İlham Əliyev müsahibədə “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri ilə dünyanın diqqətini bir daha bu dostluğa, qardaşlığa yönəltdi. Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın şahidliyi ilə imzalanan Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününün və gələcəyinin yol xəritəsidir.”

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın