21.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlət başçısı müsahibəsində Qarabağ ermənilərinin və deportasiya olunmuş azərbaycanlıların reinteqrasiyası prosesindən də bəhs etmişdir

Dövlət başçısı müsahibəsində Qarabağ ermənilərinin və deportasiya olunmuş azərbaycanlıların reinteqrasiyası prosesindən də bəhs etmişdir

Dövlət başçısı müsahibəsində Qarabağ ermənilərinin və deportasiya olunmuş azərbaycanlıların reinteqrasiyası prosesindən də bəhs etmişdir

Dövlətimizin hərbi büdcənin artması Ermənistanın silahlanmasına baxmayaraq, bu ölkənin Azərbaycanın hərbi potensialına yaxınlaşmasını qeyri-mümkün edir. Ermənistanın Qərbdən pulsuz və ya kreditlə aldığı silahlar belə, Azərbaycanla hərbi balans yaratmağına kifayət etmir.

Müsahibəsində Dövlət başçısı, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlarda əldə olunan mühüm irəliləyişdən də bəhs edərək bildirdi ki, sazişin 17 maddəsindən 15-i razılaşdırılıb, yalnız iki maddə müzakirə mərhələsindədir. Bu maddələrdən birinə görə    Ermənistan və Azərbaycan qarşılıqlı olaraq beynəlxalq iddialardan imtina etməlidir. Dövlətimizin sərhədində üçüncü ölkələrin, xüsusən NATO müşahidəçilərinin yerləşdirilməsinin əleyhinəyik.  Eyni zamanda sülh danışıqlarının davam etməsi üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Hazırkı Konstitusiyada Azərbaycana ərazi iddialarını ehtiva edən maddələr mövcuddur. Bu dəyişiklik sülh prosesinin obyektiv şərtidir .

Digər tərəfdən ATƏT-in Minsk qrupunun formal mövcudluğunun ləğvi əsas tələblərdəndir. ATƏT-in Minsk qrupu, Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdır və hazırda fəaliyyətsizdir. Əgər Ermənistan Qarabağı  Azərbaycanın ərazisi kimi tanıyırsa , bu qrupun mövcudluğunun heç bir mənası yoxdur. Elə buna görə də Minsk qrupunun ləğvi üçün Ermənistanın da ATƏT-ə müraciət etməsi tələb olunur.

Dövlət başçısı Qarabağ ermənilərinin və deportasiya olunmuş azərbaycanlıların reinteqrasiyası prosesindən də bəhs etmişdir.  Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ ermənilərinin reinteqrasiya planını ictimaiyyətə təqdim edib. Bu proses çərçivəsində Ermənistandan deportasiya olunmuş 300 min azərbaycanlının geri qaytarılması da müzakirə olunur. Biz bu addımları yalnız sülh sazişinin deyil, həm də regionda ictimai konsensusun təmin edilməsi üçün zəruri hesab edirik.

Ermənistanın revanşist siyasətinə baxmayaraq, Azərbaycanın sülh sazişi və reinteqrasiya prosesindəki addımları bölgədə sabitliyin bərpasına yönəlib. Əgər müzakirələr zamanı qalan məsələlər də həll olunarsa, iki ölkə arasında davamlı sülhün təmin edilməsi mümkün olacaq.

Cənab Prezident müsahibəsində Azərbaycanın Qarabağın bərpası istiqamətində həyata keçirdiyi intensiv işlərdən də bəhs etmişdir. Hazırda bölgədə xarici investisiyalar cəlb edilərək müxtəlif layihələr icra olunur. Həyata keçirilən layihələrdə Rusiyanın da, dəstəyi olmuşdur. Belə ki, Rusiya və Tatarıstanın təşəbbüsü  ilə  Qubadlı rayonunda uşaq bağçasının tikilişinə başlanmış və Cəbrayılda “KamAZ” xidmət mərkəzi  layihəsi icra olunmuşdur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

COP29-un təşkilatçılığı dövründə Azərbaycan bir sıra əsassız tənqidlər və qərəzlərlə üzləşdi

Cənab Prezidentin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibdə vurğuladığı əsas məsələlərdən biri də, dövlətimizin COP29 konfransı çərçivəsində nümayiş etdirdiyi böyük uğur oldu. COP29 konfransının Bakıda keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki qlobal rolunu nümayiş etdirdi. Bu tədbir həm miqyasına, həm də hazırlıq müddətinin qısalığına görə tarixi bir əhəmiyyət daşıyırdı. Ölkələrə hazırlıq üçün adətən iki il vaxt verilsə də, Azərbaycanın bu tədbirə hazırlığı üçün cəmi 11 ay vaxtı oldu. Səbəb Ermənistanın Azərbaycanın namizədliyini bloklaması idi ki, bu da  qərarın gec verilməsi ilə nəticələndi . Hazırlıqlar çərçivəsində ölkəmiz 70 mindən çox qonağı qəbul etmək üçün şərait yaratmalı oldu və nəticədə 76 min nümayəndənin iştirakı təmin edildi.

COP29-un təşkilatçılığı dövründə Azərbaycan bir sıra əsassız tənqidlər və qərəzlərlə üzləşdi. Qərb mediası Azərbaycanı “petrostate” adlandıraraq enerji resurslarına malik olan ölkəmizin imicini mənfi formada təqdim etməyə çalışdı. Bununla belə, bu cür ifadələr heç bir əsaslı təsir yaratmadı və Azərbaycan iqlim məsələlərində qlobal arenada öz müstəqil mövqeyini qorudu. Azərbaycanın diplomatik səyləri nəticəsində COP29 çərçivəsində illik 300 milyard dollarlıq iqlim maliyyəsi təsdiq edildi. Bundan əlavə, 2015-ci ildən bəri müzakirə edilən Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə olundu. Bu razılıq nəticəsində karbon bazarlarının tənzimlənməsini və ölkələr arasında kvota ticarətinin tətbiqi mümkün olacaq.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə, Azərbaycanın regional və qlobal miqyasda siyasi, iqtisadi və mədəni rolu barədə dərin təsəvvür yaratdı. İqlim dəyişikliklərinə qarşı mübarizə, Paris Sazişinin reallaşdırılmasında əldə olunan irəliləyişlər, həmçinin regiondakı mürəkkəb siyasi mənzərə fonunda nümayiş etdirilən qətiyyətli siyasət, Azərbaycanın tarixi, milli maraqlarını və müstəqil qərarlarını qoruma əzmini bir daha ortaya qoyur.  Cənab Prezident İlham Əliyevin müsahibəsi ölkəmizin öz suverenliyinə olan sarsılmaz inamını, daxili və xarici təzyiqlərə qarşı dayanıqlılığını bir daha nümayiş etdirdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın