21.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir

Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir

Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir

“Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi Makron Fransasını narahat edir və bu səbəbdən ölkəmizə qarşı kinləri var. Prezident İlham Əliyev Fransanın kolonial keçmişinin olduğunu xatırlatdı. Fransız kolonializminin iyrənc siması var və uzun illər ərzində dünya ictimaiyyətindən çox məqamlar gizlədilib. Makron diktaturası Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirib, 100-dən çoxunu yaralayıb və 1000-dən artığını həbs edib. Bundan əlavə, Avropanın mərkəzində – Korsikada Korsika dili qadağan edilir, bu dilin ictimai yerlərdə istifadəsinə icazə verilmir.

Prezident İlham Əliyevin “Rosiyya Seqodnaya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində diqqət çəkən məqamlardan biri Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə bağlı fikirlərdir. Ölkə başçısı müsahibəsində bildirdi ki, Makron hakimiyyətə gələnə qədər Azərbaycanla Fransa arasında heç bir problem olmayıb. Hətta ölkəmiz Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdi. Azərbaycanda çoxlu fransız şirkəti işləyirdi. Fransanın 13 şəhəri ilə ölkəmizdə qardaşlaşmış şəhərlər var. Lakin Makron hökumətinin əsassız olaraq özünü böyük sayması və əndazəsiz iddialar bütün bunları uçuruma yuvarlatdı. Belə ki, İkinci Qarabağ müharibəsi başlayanda Makron Fransası işğalçıların tərəfini tutdu. 2020-ci ildə Fransanın Baş naziri fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Bütün bu müdaxilə cəhdləri münasibətləri böhran həddinə çatdıraraq pisləşdirdi.

Cənab İlham Əliyev müsahibəsində vurğuladı ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Fransa Afrikada, Sahel regionunda, Livanda, Azərbaycanda, Gürcüstanda tam iflasa uğrayıb. Bu ölkənin daxili siyasətində də hərc-mərclik tüğyan edir. Yaxşı olar ki, Fransa elə özündən, özünətənqiddən başlasın.

Müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, “Moody’s” Fransanın reytinqini aydan-aya aşağı salır. Artıq “Triple-A”ya çatıb, çox kiçik, güclə görünən “A”ya. Bu iflasın müəllifi məhz cənab Makrondur. Makron Azərbaycana zərər vermək əvəzinə öz ölkəsi haqqında düşünsə daha yaxşı olar.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır

Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır.

Təkcə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə yüksək səviyyədə təşkil olunması Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirdi. Azərbaycan bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyir və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edir.

Prezident cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan beynəlxalq aləmin yüksək etimad etdiyi ölkələrdəndir.

Dmitri Kiselyovun “2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?” sualına cavab verən ölkə Prezidentimiz xüsusilə son 2 ildə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Rusiya münasibətlərinə, qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslanan dostluğun dərinləşməsinə diqqəti çəkib: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır. Azərbaycanın şanlı Zəfəri və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında Rusiyanın xüsusi rol olmuşdur. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb. Sözsüz ki, iki dövlətin başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi oldu.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın