02.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı

  • MANŞET
  • 30 Dekabr 2024
  • 3.777 BAXIŞ SAYI
Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı

Pilotların və bütün ekipajın böyük qəhrəmanlığı.

Hər gün minlərlə təyyarə səmaya qalxır və enir. Sərnişinlər üçün bu, adi bir səyahət kimi görünsə də, hər uçuşun arxasında böyük bir məsuliyyət və fədakarlıq dayanır. Pilotlar və ekipaj üzvləri hər an gözlənilməz vəziyyətlərə hazır olmalı, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sürətli və düzgün qərarlar verməlidirlər. Bu yaxınlarda baş verən Azərbaycan təyyarə qəzası da onların qəhrəmanlığını bir daha sübut etdi.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması xeyli sayda soydaşımızın həlak olması ilə nəticələndi. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Məhz pilot və ekipaj üzvlərinin gərgin səyləri nəticəsində 29 nəfər sağ qalıb. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Pilotlar və ekipaj üzvlərinin xidmətləri Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş həmin şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Zərdab rayon Hüseynxanlı kənd ümumi  orta məktəbinin direktoru-Məkkə Həmidova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın