02.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırması

  • MANŞET
  • 30 Dekabr 2024
  • 3.274 BAXIŞ SAYI
AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırması

AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırması.

Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirdi, dövlətimizin mövqeyini çatdırdı.

Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”. Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbkarı olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildi.

Təyarə qəzasından sonra artıq AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb. Buna səbəb Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanması, orada xüsusi əməliyyat rejimi tətbiq edilməsidir. Dövlət başçısının bildirdiyinə görə AZAL müddətsiz olaraq Rusiyanın yeddi şəhərinə öz uçuşlarını, həmçinin Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb. Bu da ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır.

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru- Dayangül Vəliyeva

 

 

Qazaxıstanın dəstəyi və həmrəyliyi.

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayandan dərhal sonra Qazaxıstan xilasediciləri hadisə yerinə yetişdilər və insanları dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Onlar öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi.

Qazaxıstan hökuməti və xalqı bu faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib və dəstək nümayiş etdirib. Qazaxıstanın rəsmi qurumları qəza yerində xilasetmə və tibbi yardım işlərinə fəal şəkildə cəlb olunub, yaralıların müalicəsi və həlak olanların meyitlərinin müəyyən edilməsi istiqamətində işlər aparılıb. Qazaxıstanın rəsmi qurumları qəzanın səbəblərinin araşdırılması və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir. Qazaxıstan, 25 dekabr tarixində Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından dərhal sonra Azərbaycan tərəfinə humanitar və texniki dəstək göstərməyə başladı. Bu faciə hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini bir daha göstərir.

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbinin direktoru-Əliheydər Abbasov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın