21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verildi

Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verildi

Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verildi.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Quba rayonunun ucqar Cimi kəndində baş tutub. Birliyin baş direktoru Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə sözügedən kənddə vətəndaşlarla görüş keçiriblər. Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər. Birlik rəhbəri vətəndaşlara qazlaşdırılma işlərinin bütün regionlarda mərhələli şəkildə icra olunduğunu qeyd edib. Daha sonra Ruslan Əliyev yaxın günlərdə sözügedən kənddə qazlaşdırılma işlərinin başlayacağı ilə bağlı xəbəri vətəndaşların diqqətinə çatdırıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

image-img-20220913-wa0030 image-img-20220913-wa0035 image-img-20220913-wa0031 image-img-20220913-wa0032 image-img-20220913-wa0034 image-img-20220913-wa0033

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın