22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Ermənilərin Xalqımıza qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bitmək bilmir. Vətən torpaqlarımıza hələ Çar Rusiyası zamanından Qarabağa köçürülməsindən bu günə qədər ermənilərin təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan türklərinə məxsus olan qədim yer adlarını dəyişməyə başlayıb. Daha dəqiq desək, hələ 1918-1920-ci illərdə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı unudulmaz olaraq qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, Əhaliyə onlarla işgəncələr verilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti  münaqişə SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları ilə başlayıb.1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub. 1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə olunana qədər davam edib. Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb, onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edib. 30 ilə yaxın Qarabağ həsrəti 44 gündə son çatdı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın