22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Adına və andına sadiq qalmış ulu öndər

Adına və andına sadiq qalmış ulu öndər

Adına və andına sadiq qalmış ulu öndər.

O millətlər xoşbəxtdir ki, onların ümumilli lideri olur. Bu baxımdan Azərbaycan xalqının, millətinin bəxti gətirmişdir.Ümummilli lider Heydər Əliyev XX əsrdə dünyada tanınmış siyasi xadim olmuşdur. O, müasir Azərbaycan dövlətinin qurucusudur. Xalqımızın çətin günlərində bu tarixi şəxsiyyət xilaskar missiyasını həyata keçirmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində 20% torpaqlarımız erməni işğalına məruz qaldı. Belə çətin günlərdə o, yenə də xalqının köməyinə gəldi. Atəşkəsə nail olmaqla ölkənin siyasi-iqtisadi böhrandan çıxarılması tədbirləri başlandı. O, andiçmə mərasimində ömrünün sonunadək ölkənin ərazi bütövlüyünü və müstəqilliyini təmin etmək üçün var-gücü ilə çalışacağını bildirmişdir. Nəticədə güclü iqtisadiyyatı, ordusu olan Azərbaycan dövləti formalaşdı. Onun yarımçıq qalmış işlərini prezidentimiz cənab İlham Əliyev yerinə yetirdi. Torpaqlarımız işğaldan azad edildi. Ərazi bütövlüyümüz bərpa olundu. Hal-hazırda Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.

 

Zərdab rayon Yuxarı Seyidlər kənd  tam orta məktəbin direktoru-Qabil Məmmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın