Zəfər yolu
Azərbaycan xalqı “İrəli”əmrini, Qələbəni,30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan Ordusunun sentyabrın 27- də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər,4 qəsəbə və 286 kənd işğaldan azad edildi.Cəbrayıl şəhəri və rayonun 90 kəndi,Fizuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri,rayonun Mincivan,Ağbənd,Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi,Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərdə bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz,Sığırt,Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunudu.
Noyabrın 9- dan 10- na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyənatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.Həmin Bəyənata uyğun olaraq, Ermənistan noyabrın 20- də Ağdam,25- də Kəlbəcər, dekabrın 1- də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.2022- ci ilin avqustun 26- da isə Laçın şəhəri,Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da rəsmi İrəvan kapitulyasiya aktını qəbul etmiş oldu.
Zərdab rayon salahlı kənd ümumi orta məktəbin direktor əvəzi -Rəşad İsmayılov