II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi
Müzəffər Ali Baş Komandan cənab Ilham Aliyev in müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi.
Artıq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Azərbaycan xalqı qalib ölkə, qürurlu xalq kimi qeyd edir, Bu illərin Həmrəylik Günü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı zəfər, Azərbaycanın torpaqlarınını işğaldan azad olunmağı ilə əlaqədar xüsusi coşqu və milli birlik şəraitində keçirilir. Dünyanın bir çox ölkələrində yaşayan Azərbaycanlıların birliyi heç zaman bu iki ildə olduğu qədər əzəmətli olmamışdı. Uzun illər idi Azərbaycanlılarının Həmrəylik Günü indiki qədər xüsusi qürur və iftixar hissi ilə keçirilmirdi.
Bəşəriyyət bir neçə gündən sonra Təzə ilə qədəm qoyacaq. Yola saldığımız keçən il və bu ildə dünya tarixində ən önəmli hadisə kimi Azərbaycan Respublikasının Tarix yazan Fatehi Cənab Prezident Ilham Əliyevin və Rəşadətli ordumuzun sayəsində 30 il boyu həll olmayaraq düyünə düşmüş Qarabağ münaqişəsinin həll edilməsi ilə yadda qalır. Dünya nə qədər inkişaf etsə də, xalqların və ölkələrin taleyində acı rol oynayan müharibələr, təcavüzlər, toqquşmalar hələ də yaşanmaqdadır. Çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq susur və süstlük göstərir, beynəlxalq hüququn tətbiqi üçün yaradılmış təşkilatlar isə seyrici mövqe tuturlar. Cənab Prezidentimiz beynəlxalq hüququn və təşkilatların seyriçi mövqeyi ucbatından donub qalmış münaqişələrin həlli yollarına işıq saçır. Azərbaycan bir çox sahələrdə olduğu kimi, 44 günlük Vətən Müharibəsində bu sahədə də dünyaya nümunə göstərdi, ibrət dərsi verdi. Buna görə də qəti əminəm ki, Müzəffər Ali Baş Komandanımızcənab İlham Əliyevin səkərdəliyi ilə Azərbaycan xalqının şanlı zəfəri 2020-ci ilin əsas hadisəsi kimi dünyanın tarixinə həkk olunub, çünki bu qələbə tək Azərbaycana yox, bütün Cənubi Qafqaza sülh və əminamanlıq bəxş etmişdir.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri