22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı.

44 günlük II Qarabağ savaşında darmadağın olan Ermənistan özünə gələ bilmir. Düşmən ölkədə 11 mindən çox hərbi qulluqçuya qarşı fərarilik maddəsi ilə cinayət işi qaldırılıb. Bu, işğalçı ordunun şəxsi heyətinin hardasa 25%-i deməkdir. Onların arasında yüksək çinli zabitlər də var. Erməni müstəntiqlər işlərə baxıb çatdıra bilmir, hakimlər isə şikayət edirlər. Zəif, hazırlıqsız, başıpozuq, sərxoş, saxta ideyalarla silahlanmış erməni ordusunun başqa cür aqibəti ola da bilməzdi. Erməni ordusunda mənəvi-psixoloji hazırlıq çox zəif idi. Peşəkarlıqdan isə söhbət gedə bilməzdi. Döyüş ruhu isə ümumiyyətlə yox idi. Bunu 2016-cı ilin aprel hadisələrində də gördük. Azərbaycan Ordusu isə çox peşəkar və döyüş əzmi yüksək idi. Azərbaycanda hər kəs döyüşə toy-bayrama gedirmiş gedirdi. Valideynlər övladlarını bu formada döyüşlərə göndərirdi. Ermənistanda isə valideynlər övladlarının döyüşməməsi üçün aidiyyəti orqanların qarşısına yığılırdılar və övladlarının başqa bir ölkənin torpaqları uğrunda nə üçün ölməli olduqları barədə suallar ünvanlayırdılar. Azərbaycan Ordusunun peşəkar olduğunu yaxşı bilirdilər. Digər tərəfdən bu davada haqlı tərəfin biz olduğunu hər kəs anlayırdı. Bunu onlar da yaxşı bilirdi. Məğlubiyyəti ilk günlər aldıqları zərbələrdən anladılar və nəticədə fərarilik baş qaldırmağa başladı. Əsgərləri saxlaya bilmirdilər. Silahlarını qoyub qaçırdılar. Halbuki silah hərbçinin namusudur. Döyüş bayraqlarını atıb gedirdilər. Əsgərlərimiz isə yaralılarımızı, şəhidlərimizi götürüb qayalarla Şuşaya dırmaşırdı. Döyüş ruhu budur. 2016-cı ilin aprelindən dərs götürməli idilər, götürmədilər və 44 günlük Vətən müharibəsində darmadağın oldular.

Onlar heç bir halda ordumuz qarşısında tab gətirə bilməzdilər, necə ki, gətirə də bilmədilər. Erməni rəhbərliyi başda olmaqla onların hər biri fəraridir. Zaman onu sübut etdi ki, kim kimdir. Bu dünya hərb tarixində yeganə döyüş oldu ki, burada geri çəkilmə olmadı. Müharibə başlandığı gündən sona qədər ordumuz ancaq irəlilədi. Əlbəyaxa döyüşlər göstərdi ki, Azərbaycan Ordusu nə qədər torpaqlarını azad etməkdə istəklidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın