22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel tarixində Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Dünyası birliyinin fəallaşmasına səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkə başçısının bir-birinin ardınca Tacikistan və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb etmiş, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşmişdir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.Ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, ”Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ”Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir

Aprelin 10-da cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğun göstərir. Hər iki prezident görüşdən sonra mətbuata Bəyanatla çıxış ediblər. Cənab İlham Əliyev Qazaxıstanda ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.”

Ölkə başçımız  Qazaxıstanla münasibətlərin tarixi zərurətdən və iki qardaş xalqın ənələrindən qaynaqlandığını qeyd edərək bildirmişdir: “Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.”

Qeyd edək ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin ticari-iqtisadi tərəfdaşlığın potensialı kifayət qədərdir və bundan sonra daha da inkişaf etdirmək imkanları vardır. Ölkə başçıları bu görüşdə idxal-ixrac malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılaşmışlar. Qərara alınıb ki, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadannın və İşgüzar Şuranın, iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün müvafiq tədbirlər görülsün. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun- “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması, logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması və qapalı logistik dövrənin formalaşması kimi məsələlərin həllinin vacibliyi vurğulanmışdır. Cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür etmişdir.

Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib: “Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir”. Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi-Rəşad İsmayılov

 

 

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Azərbaycan ilə Qazaxıstanın münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar.

Azərbaycan  Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

Ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeni təqdim edilib.

Aprelin 10-da  cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğun göstərir. Hər iki prezident görüşdən sonra mətbuata Bəyanatla çıxış ediblər. Cənab İlham Əliyev Qazaxıstanda ulu öndər Heydər Əliyevin xatirəsinə göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.”

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə

Aprelin 10-da Qazaxstanın paytaxtı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidenti paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının  verilməsini yüksək qiymətləndirib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işlərinin bu böyük insanın rəhbərliyi ilə başladığını vurğulayan  Qazaxıstan Respublikası Prezidenti  yeni məkan və oradakı memarlıq elementlərinin qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzi olduğunu qeyd edib.

Heydər Əliyevin şərəfinə adlandırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Bu tarixi mərasimə görə Kasım-Jomart Tokayevə təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Zərdab rayon Əlibəyli kənd tam orta  məktəbin müəllimi-Aliyə Rüstəmova

 

 

Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçə

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 aprel 2023-cü il tarixdə Qazaxıstana rəsmi səfəri iki türk dövləti arasında əlaqələrin inkişafına böyük təkan verəcək. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.Ölkə başçımızın Qazaxıstana rəsmi səfəri bir sıra mühüm məqamlarla yadda qalıb. Səfər çərçivəsində hər iki ölkə rəhbəri mətbuata bəyanatla çıxışında bir sıra mühüm məqamlara toxunublar. Prezident cənab İlham Əliyev bildirib ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir.

Ölkə başçısının səfəri çərçivəsində yadda qalan ən mühüm məqamlardan biri Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsi oldu:   “Bu, bizim dostluğumuzun, qardaşlığımızın bir rəmzidir. Həmin dostluğun bir ifadəsidir ki, məhz “Heydər Əliyev ili” ərəfəsində belə bir küçəyə onun adı verilib. Sözsüz ki, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin belə bir yüksək səviyyəyə, mərhələyə çatmasında böyük rolu var. Prezident cənab İlham Əliyev də öz çıxışında qeyd edib ki, Azərbaycan Qazaxıstanla dost, qardaş ölkədir və bu, əbədidir. Ümumiyyətlə, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması bu gün türk dünyasının daha da möhkəmlənməsinə xidmət edir. Əsas məsələlərdən biri də budur. Ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrin inkişafı türkdilli xalqların daha sıx birləşməsi üçün yollar açır. Bu görüşlərin mütəşəkkil xarakter daşıması da ona əsaslanır ki, istər Azərbaycan, istərsə də Türkiyə prezidentləri son illərdə bir neçə dəfə Qazaxıstana, Özbəkistana, Tacikistana və digər ölkələrə səfərlər ediblər. Bu səfərlər türkdilli dövlətlərin bilavasitə əməkdaşlığına, birliyinə əsaslanır.

Qazaxıstana səfər bu tədbirlərin tərkib hissəsi hesab oluna bilər. Həm Azərbaycan, həm də Qazaxıstanın Prezidentləri öz çıxışlarında dönə-dönə bildirdilər ki, hər iki dövlətin əməkdaşlığı, münasibətlərin sağlam olması, inkişaf etdirilməsi milli mənafeyə xidmət edir. Bu, ölkələrin gələcəyinə, inkişafına, xalqların dostluğunun daha da möhkəmlənməsinə hesablanıb. Azərbaycan Prezidenti öz çıxışında biz bir çox mühüm layihələrin gələcəkdə həyata keçirilməsi ilə bağlı öz fikirlərini bildirdi. Sözsüz ki, bu layihələr gələcəkdə həyata keçiriləcək. Dünyada gedən proseslər fonunda türk xalqlarının birləşməsi çox vacibdir. Bu, həm ölkələrin gələcək inkişafı, həm də xalqların təhülkəsizliyi baxımından əhəmiyyətlidir”.

Millət vəkilinin sözlərinə görə, Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlığı var.

Zərdab rayon  Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. İldən – ilə bu ölkələr arasında ikitərəfli və həmçinin çoxtərəfli əlaqələr inkişaf edərək bu gün özünün ən yüksək səviyyəsinə çatmışdır. Əlbəttə ki, bu dövlətləri ümumi tarix və mədəni köklər birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir. Son illər dünyada baş verən siyasi proseslər və Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin önəmini daha da artırmışdır.

10 aprel 2023-cü il tarixdə imzalanmış bir sıra yeni sazişlər iki ölkə arasında  çoxşaxəli tərəfdaşlıq üçün əlavə imkanlar yaradacaqdır. Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Həmçinin, Azərbaycan və Qazaxıstanın müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcəkdir. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.

Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini görürük. Türk dünyası birləşir. Biz Ümumiyyətlə, regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkə başçımızın rəsmi səfəri çərçivəsində imzalanan sənədlər iki dost ölkə arasında əlaqələri daha da gücləndirəcək.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktoru-Səlim Zeynalov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın