22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Heydər Əliyev İli”

“Heydər Əliyev İli”

“Heydər Əliyev İli”

Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

Bu gün ölkəmizin hər yerində bu böyük şəxsiyyətin 100 illiyi xalqın yüksək ehtiramı ilə geniş qeyd edilir. Ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.

Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.

Ulu Öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus duha idi. Bu dahi şəxsiyyət sovet rejiminin onun millətini necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Amma ümummilli liderimizin sonralar dediyi kimi bu rejimə açıq-aşkar qarşı çıxmaqla həmin dövrdə heç nəyə nail olmaq mümkün deyildi. Ən düzgün yol bu siyasətdə öz xalqına, vətəninə bacardığın qədər çox xidmət göstərmək idi. Bu dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.

Azərbaycan xalqı Ulu Öndəri təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Həmçinin, bütün güc strukturlarının siyasiləşməsi ölkədə dövlət və dövlətçilik üçün böyük təhlükə olan cəzasızlıq şərati yaratmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Yalnız ümimmilli liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər.

1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi.

Amma Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır». Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi.

Bütün həyatını Azərbaycanın və xalqın taleyinə bağlayan Ulu Öndər Heydər Əliyev müqayisəolunmaz şəxsiyyət idi. Ulu Öndərin sadə insanlarla, zəhmətkeşlərlə xüsusilə səmimi, doğma ünsiyyəti vardı. Bu münasibət Heydər Əliyevə xalqın sonsuz sevgisini, ehtiramını, inamını formalaşdırdı.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülmüşdür. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Ulu Öndər Heydər Əliyevin hərarəti duyulmasın. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrində apardığı islahatlar, çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr Azərbaycanı dünya miqyasında tanınan bir məmləkətə çevirdi. Ulu Öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoydu. Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Fəxr hissi ilə qeyd edə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti Ümumilli lider Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev irsi yüz illər boyu Azərbaycan xalqına yol göstərəcək, ölkəmizin davamlı inkişafına möhtəşəm töhfəsini verəcək.

Bu gün Ulu Öndər  Heydər Əliyevin cismən aramızda olmaması  xalqımız üçün nə qədər ağırdırsa, İlham  Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının  Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi ən böyük xoşbəxtlikdir. Bizlər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.

İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Prezident   cənab  İlham  Əliyevin və  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevanın  Şəhidlərin  ailə üzvləri, qazilərimiz ilə keçirdikləri görüşlər qayğının sözdə deyil əməldə olduğunun bariz nümunəsidir.

Birinci-vitse prezident Mehriban xanım Əliyeva dəfələrlə Şəhid ailələrinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş, Şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq onların kədərinə şərik olduğunu səmimiyyətlə bildirmişdir. Göründüyü kimi, Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.

Qarabağın azadlığı uğrunda savaşmaq, şanlı tariximizin real iştirakçısı olmaq, Vətən müharibəsinə könüllü olaraq yollanmaq məndə böyük qürur hissi yaradır. Düşməndən qisas almağı qarşısına məqsəd qoyan mərd oğullarımız kimi qələbə ilə dönəcəyimizə heç şüphəm yox idi. Əminliklə deyə bilərəm ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçüllərimizinin ruh yüksəkliyi idi.

Əminik ki, Ulu öndər Heydər Əliyevin  dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı  işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə  44 günlük Vətən müharibəsi nəticəsində  reallığa çevrildiyi kimi digər arzuları da çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycan adlı məmləkət var olduqca, Heydər Əliyevin yaratdığı səhifə tariximizlə birgə yaşayacaqdır!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Ulu Öndər Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi.

Bəli, adı müasir tariximizə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyevi ancaq yeri-göyü işığa qərq edən, qaranlıqları aydınlaşdıran günəşlə, bir də qartal məskəni, uca göylərə yüksələn zirvə ilə müqayisə etmək mümkündür. O, bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Yaradılmışların əşrəfi olan insan öz sirli-sehrli aləmi, daxili dünyası, əzəmətli görkəmi, güclü ağlı, biliyi, zəkası ilə mövcud olan varlıqların ən alilərinin alisi olduğundan insanları, bütün dünyanı maraqlandırmağa, onları düşündürməyə və bu cahana, bu həyata öz töhfəsini verməyə bilməz. Tanrının yaratdığı insanlar bir-birindən fərqli olaraq bu dünyaya müxtəlif missiyalar üçün gəlirlər və bəziləri hər hansı bir iz qoyur öz əməlləri ilə, bəziləri sanki bu dünyada yaşamamış kimi səssiz-səmirsiz tərk edir bu dünyanı. Bəli, bu insanlardan kimisi qeyriadi istedadı, kimisi söz-söhbəti, kimisi görkəmi, kimisi də dərin zəkası ilə, düşüncəsi ilə qoyur bu izləri. Amma mümkünsüz sayılan hər hansı bir şey onda mümkün olur ki, əsrlər ərzində sanki zəmanəsini gözləyən insanlar dünyaya gəlir, bu göstərdiklərimizin hamısını özündə cəm etməklə. Anamız Azərbaycanın övlad payına, oğul payma malik olan Xəzər gözlü, nur üzlü, qeyri-adi dərrakəli bir şəxsiyyət olan və Azərbaycan xalqının bu gününə görə borclu olduğu bir dahi türk övladı – Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevə qismət olmuşdur. Onun bütün insani keyfıyyətlərini, millət qarşısında etdiyi xidmətlərini saysaq, xatırlasaq, mübaliğəsiz, dəryaları qurudub mürəkkəb, meşələri kəsib qələm düzəldək gərək. Axı, o dahi şəxsiyyəti üç-dörd kəlmə ilə yada salmaq günah olardı…

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, Ulu Öndər Heydər ƏIiyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür.  Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün sözün əsl mənasında qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur.  Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra – 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.

Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, Vətəninin ağrısı idi….

1990-cı ilin qanlı 20 Yanvar faciəsi günü Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyey xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin vəhşi hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən insan üçün belə bir addımı atmaq sözün əsl mənasında qəhrəmanlığa bərabər idi. Ulu Öndər Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir.

Tarix bu şəxsiyyəti işini, əməllərini, özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır.

1993-cü ilin məlum hadisələri dövründə xalq öz xilaskarını, gələcək müstəqil Azərbaycanın bayraqdarının yolunu səbirsizliklə gözləyirdi. Xalqın özünün istəyi ilə Vətənə gələrək Azərbaycanda olan qardaş qırğınının, xaosun qarşısını alan Heydər Əliyev, doğrudan da, xalqın həqiqi xilaskarına çevrildi. Iki dəfə Azərbaycan Respublikasınm Prezidenti olan Heydər Əlirza oğlu Əliyev hakimiyyətdə olduğu illərdə respublikamız, xalqımız, gələcəyimiz üçün əlindən gələni etdi. Bu dövrlərdə intizamsız və silahsız bir orduya, bəlkə də, yarıdan çoxu könüllülər olan orduya malik Azərbaycan Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə saysız-hesabsız gəncini itirdi. Bütün bunları ölçüb-biçən və bunun heç bir mənası olmadığını dərk edən Ulu Öndər Heydər Əliyev döyüşləri dayandırdı və atəşkəsə nail oldu.

I əsr yox minilliklər keçsə belə bu xalq Ulu Öndər Heydər Əliyevi və onun xidmətlərini heç vaxt unutmayacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən heç bir ölkə başçısının dilinə gətirmədiyi bu sözləri dedi: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır.

Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

Ulu Öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə ictimai–siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri alternativi olmayan unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd

Salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş  Ulu Öndər Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Vüsal Rəhimov

 

 

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır.

Hər bir insanı digərlərindən fərqləndirən, ucaldan xüsusiyyətləri vardır. Vətənpərvərvərlik, xeyirxahlıq, fədakarlıq və s. kimi insanı ideallaşdıran xüsusiyyətlər. Lakin hər insan bunlara sahib olmaqla bir dahiyə çevrilib insanların ürəklərində əbədi yer tuta bilməz. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Bu dahi əlbəttə ki, Heydər Əlirza oğlu Əliyevdən başqası ola bilməz. Böyükdən kiçiyə hər kəsin dilinin əzbəri olan bu şəxs dünya azərbaycanlılarını vahid ad altında birləşdirdi, xalqımıza müstəqillik qazandırdı, dövlətimizi dünyaya tanıtdı. Bir dövlət kimi formalaşmağımız üçün elm, təhsil, mədəniyyət, iqtisadiyyat bir sözlə bütün sahələrdə əvəzolunmaz addımlar atdı.

Ümummilli liderimizin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də təhsil idi. Elmin, öyrənməyin, yeni biliklərə yiyələnməyin həddi-hüdudu yoxdur və bunu ulu öndər yaxşı bilirdi. Gənclər onun sayəsində xaricdə təhsil ala bilir, dövlət vəsaiti hesabına dünya miqyasında tanınmış nüfuzlu ali təhsil müəssisələrində ən gözəl ixtisaslara yiyələnirdilər. Ümummilli liderin təhsilə, elmə, öyrənməyə olan diqqətinin nəticəsidir ki, bu gün dünya xalqları siyahısında öz yerimizi almışıq.

Ulu Öndər Heydər Əliyevin bir dahi kimi bütün azərbaycanlıların ürəyində yaşamasına saysız-hesabsız səbəb göstərmək olar. O, xalqımızın xilaskarıdır. Ulu Öndər zəngin təbiəti, tarixi ilə məşhur olan torpaqlarımıza göz dikən düşmənə də öz yerini sərt şəkildə bildirdi. Əzəli Azərbaycan torpağı olan Qarabağı qorumaq üçün əlindən gələni etdi. Çünki o, xalqına bağlı bir öndər idi. Onun Azərbaycanlılara olan inamı, güvəni bizi bu günlərə gətirib çıxardı. Liderimiz bir ömür yaşadı və həmin ömrü sadəcə xalqına qurban verdi. O ömür ki, həmin ömrün əvəzinə indi milyonlarla ömür yaşayır. Dinc, əmin-amanlıq şəraitində yaşayan on milyondan artıq insan Ulu Öndər Heydər Əliyevə minnətdardır…

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir ki, artıq 30 illik əsarət bitdi. Onun uzaqgörən siyasəti özü həyatda olmasa belə, bu gün bizim köməyimizə çatdı. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşmən əsarətindən azad etdi, Qarabağı öz sahiblərinə qovuşdurdu. “Qarabağ Azərbaycandır!” şüarı altında bütün xalqımız ayaqlandı. Həmin xalqın qəlbində əbədi yaşadacağı ümumilli liderimizə də, bizlərə miras qoyduğu Vətən torpağına da sevgisi, məhəbbəti sonsuzdur…

Ürəklərdə yaşayan dahi… Onun bir ömrə sığdırdıqlarını əsrlər sonra da xalqımız unutmaz, unuda bilməz. Çünki biz Azərbaycan vətəndaşıyıq. “Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam”. Dilimizin əzbəri olmuş bu cümlə bizləri doğma Vətəni sevməyə, onu daim uca tutmağa səsləyir. Nəinki gənclər, kiçikdən böyüyə hər birimiz Vətənin qulluğunda dayanmağa, onu öz gücümüzlə ucaltmağa hazırıq.

Bu gün Azərbaycan xalqı Ulu öndərimiz sayəsində mövcuddur. O, bundan sonra da qəlbimizdə yaşayacaq, böyük sevgi və hörmət hissi ilə anılacaq. Hər bir azərbaycanlının borcudur ki, bu dahini ürəyində yaşatsın. Yaşatsın ki, Azərbaycan həmişə vahid və müstəqil ola bilsin.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

“Heydər Əliyev İli”

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin birinci dövrü , istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.

Dövlətimizin qətiyyəti, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur.

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Bu, dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur.

Ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq . Bəli, bu, bir real faktordur ki, güclü ordusu olan dövlət güclüdür. Və bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Və bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü.

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz bünövrəsini təşkil edir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu baxımdan, demək olar ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanmış dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu böyük insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir. Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünyamiqyaslı siyasətçilər siyahısında ön cərgələrdə öz layiqli yerini tutmuşdur. Adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Ulu Öndərin öz xalqına, millətinə misilsiz xidmətləri yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır. Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edərək Cənubi Qafqazda yaranan yeni reallıqların müəllifi kimi çıxış edir. Belə ki, Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu. Ulu Öndərin siyasətini Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması da buna daha bir sübutdur. Dövlət başçımızın inamla davam etdirdiyi siyasi kurs Azərbaycanın son illər ərzində möhtəşəm iqtisadi inkişafını təmin etmiş, ölkəmizi sözün əsl mənasında qüdrətli dövlətə çevirmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Vətən müharibəsində tarixi Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etmiş, özünü bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların şəriksiz müəllifi kimi bir daha təqdim etmişdir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz qeyd edilən səbəblərdən birmənalı şəkildə demək olar ki, bütün Azərbaycanda bu günlərdə hörmətlə anılan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmayacaq!

Zərdab rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın