21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Demoqrafik artım

Demoqrafik artım

Demoqrafik artım

Hər bir ölkənin milli gücünün vacib kəmiyyət və keyfiyyət göstəricilərindən biri onun demoqrafik vəziyyətidir. Bu mənada, əhalinin artım tempi və əmək qabiliyyətli hissəsinin ümumi saya nisbəti, əhalinin fiziki və mənəvi sağlamlığı, intellektual səviyyəsi, o cümlədən əhalinin təbii artım tempi mühüm demoqraifk amillər sırasında yer almaqdadır. Demoqrafik artım dövlətin əsas dayaqlarından biri olan insan resursunun təşkil edilməsi baxımından xüsusi önəm daşıyır. İllər ötdükcə dünya əhalisinin ümumi sayında artımın olmasına baxmayaraq, bu artım səviyyəsi ayrı-ayrı ölkələrdə bir-birindən ciddi şəkildə fərqlənir. Ölkələrdə əhalinin artım tempinə yerli mədəniyyət, həyat tərzi, sosial rifah səviyyəsi, ekoloji vəziyyət, səhiyyənin inkişafı, insanların sağlamlıq durumu, miqrasiya axınları, siyasi-hərbi proseslər kimi amillər təsir göstərir. Adətən, ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni, ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması isə milli təhlükəsizlik səviyyəsində əhəmiyyətli bir məsələdir. Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur.  bəzi ölkələr əhalinin sürətli artım tempini müsbət faktor kimi qiymətləndirmir. Belə ki, bu tendensiya iqtisadiyyatı zəif olan, əmək bazarı qeyri-stabil ölkələr üçün problem kimi dəyərləndirilir. Belə ölkələrdə əhalinin sürətli artımı işsizliyin, yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olur. Yaxud da əksinə, əhalisinin təbii artımı çox aşağı olan ölkələrdə işçi qüvvəsi çatışmazlığı yaranır və bu da ümumi iqtisadi artıma mənfi təsir göstərir. Əlbəttə ki, ən optimal vəziyyət ölkənin iqtisadi potensialı ilə onun əhalisinin artım tendensiyasının bir-birilə uzlaşdırılmasıdır. Bunun üçün isə düşünülmüş və uzaqgörən sosial-iqtisadi siyasət həyata keçirilməlidir. Azərbaycana gəldikdə, ölkəmizin nümunəsində iqtisadi inkişafın əhali artımına proporsionallığının və onu stimullaşdırmasının şahidi olmaq mümkündür. Bildiyimiz kimi, əhalinin sayının artması əmək qabiliyyətli insanların da çoxalması deməkdir. Bu gün ölkəmizdə təbii artım səviyyəsi müsbət dinamika ilə inkişaf edir. Bununla yanaşı, işsizliyin və yoxsulluğun səviyyəsi olduqca aşağıdır. Bu, göstəricilər ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün lazım olan əmək potensialı mövcuddur. Bu potensialın reallaşdırılmasına nəzər salsaq, görərik ki, ölkədə son illərdə yeni iş yerləri, biznes mühiti yaxşılaşdırılıb, insanların gəlirləri dəfələrlə artıb. Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın rifahının yüksəldilməsinə hesablanıb. Bütün bunların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının mütləq çoxluğunu təşkil etməkdədir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Regionda aparıcı faktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir.

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali  Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma  üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla,  Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu  ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident  İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi. Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə  bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi  statistik rəqəmlərə nəzər salmaq  istərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.  Azərbaycanın gəmiqayırma imkanları, həmçinin  Xəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar  mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi.

2020-ci il noyabrın 10-da cəbhədə hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanat ölkəmiz üçün bir sıra perspektivlərin əldə edilməsi ilə nəticələndi. Bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni dəhlizin inşasının təmin ediləcəyi də sənəddə qeyd edildi. Bu dəhliz təkcə hərbi və siyasi cəhətdən deyil, eyni zamanda ticarət baxımından da olduqca vacib bir əhəmiyyət kəsb edir. Belə ki, bu dəhlizlə Azərbaycan artıq Naxçıvan vasitəsilə Türkiyə və eləcə də Avropaya birbaşa quru nəqliyyat yolu ilə çıxış imkanları əldə etmiş olacaqdır ki, bu da ölkəmizin regional mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq. Bu gün Naxçıvan dəhlizinin açılması təkcə Naxçıvanla Azərbaycanın deyil, həm də Türkiyə-Azərbaycan, Türkiyə-Mərkəzi Asiya əlaqələrinin daha da dərinləşməsi, eyni zamanda Rusiya və Türkiyənin də bu dəhlizdən gələcəkdə öz məqsədləri üçün istifadə edə biləcəyi və nəticə etibarilə Türkiyə və Rusiya arasında ticarət xəttinin məhz Naxçıvan, Zəngəzur və Azərbaycan torpaqlarından keçməklə Dağıstan istiqamətində davam edə biləcəyi anlamına gəlir. Bütün bunlar isə bütövlükdə regionun iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. Qardaş ölkə Türkiyənin Naxçıvan dəhlizi vasitəsilə Orta Asiyaya çıxışı isə bu gün sürətlə inkişaf edən muxtar  respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək yolu ilə muxtar respublikanın güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz nəticəsini verməkdədir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini veribdir. Sənaye məhsulları istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir.  Naxçıvanda istehsal edilən bir sıra emaledici məhsullar, o cümlədən mineral sular, alkoqollu içkilər və digər emaledici ərzaq məhsullarının kifayət qədər böyük bazarı var. Lakin uzun müddət quru və eyni zamanda dəmir yolu nəqliyyatından istifadə imkanlarının olmaması Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Nəticə etibarilə artıq dəhlizin istifadəyə verilməsi ilə bu gün dünya brendinə çevrilmiş yüksək rəqabətqabiliyyətli Naxçıvan məhsulları dünyanın bir çox ölkələrinə daha rahat bir şəkildə ixrac olunacaq. Bu isə öz növbəsində muxtar respublikanın davamlı və dayanıqlı iqtisadi inkişafını daha da sürətləndirmiş olacaq. Ümumi olaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvan dəhlizinin açılması uzun müddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artmasına səbəb olacaqdır. Şübhəsiz ki, investisiyaların artımı isə bütövlükdə dayanıqlı iqtisadi artımın sürətlə inkişaf etməsinə müsbət şərait yaradacaqdır. Eyni zamanda dəhlizin istifadəyə verilməsi digər tərəfdən də Azərbaycanda qeyri-neft sektoru üzrə istehsal edilən məhsulların Türkiyə və eləcə də Avropa bazarına çıxarılması imkanlarının genişlənməsinə şərait yaradacaq ki, bu isə öz növbəsində ölkəmizin qeyri-neft ixracatının artırılması baxımından çox vacibdir. Qeyri-neft ixracatımızda, ölkəyə daxil olan valyutanın həcmində artımlar müşahidə olunacaq, eyni zamanda Azərbaycan, eləcə də Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək ki, bu da ölkəmizin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaqdır. Bütün bunlar isə öz növbəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına səbəb olacaq və ölkəmizin regionda strateji mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular

Prezident cənab İlham Əliyevin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünün ölkələrimiz arasında səmimi münasibətlərin mövcudluğunu təsdiq edən daha bir önəmli amil olduğunu vurğulayıb: “Bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli formatda beynəlxalq əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlıq istər Müstəqil Dövlətlər Birliyinin, istərsə də digər beynəlxalq təşkilatların platformalarında davam etdirilir. Rusiya Prezidenti Vladimir Putinin öz çıxışında Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərinin həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirildiyini deməsi xalqımıza və Ümummilli Liderin xatirəsinə ehtiram və yüksək hörmətin əlamətidir. Qeyd olunduğu kimi, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin əsası da məhz Rusiya Prezidenti Vladimiz Putin və Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün isə artıq bu münasibətlər müttəfiqlik səviyyəsindədir. Məhz bu səbəbdən də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın