22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır

Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır

Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır.

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarını cavablandırıb.  Cənab Prezident qeyd edib ki, Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır: “Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik”.

Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun Ermənistan və onun havadarları üzərində əldə etdiyi qələbədən sonra regionda yaranan yeni geosiyasi reallıqların məntiqi nəticəsi kimi çox mühüm bir tarixi sənəddir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki qardaş dövlət tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi dünyaya çox açıq bir mesajdir ki, bir millət, iki dövlətdən ibarət çox möhtəşəm bir birlik nümunəsi olan Azərbaycan və Türkiyə həmişə bir yerdədir, bundan sonra da daha yüksək səviyyədə bir yerdə olmağı davam etdirəcəkdir. Türkiyə Azərbaycan üçün strateji müttəfiqlikdən də yüksək dəyərlərə malik ölkədir. İki ölkə rəhbəri arasında şəxsi dostluğun olması Türkiyə-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsində əsas rol oynayır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti beynəlxalq görüşlərdə və tədbirlərdə öz ölkəsi ilə yanaşı, Azərbaycanın da milli maraqlarını səsləndirir və müdafiə edir. Ərazi bütövlüyümüzün təmin edilməsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi çox böyük rol oynayıb. Azərbaycan da Türkiyəyə öz dostluğunu həmişə nümayiş etdirir.  Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri dünya dövlətlərinə örnək ola biləcək səviyyədədir. İki ölkə arasındakı münasibətlər yalnız hər iki dövlətin mənafelərinə deyil, dünyanın bütün dövlətlərinin və xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşamalarına xidmət edir. Azərbaycanla Türkiyə arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə mövcud əlaqələr dünyada ədalətin bərpasına, dövlətlərin bərabər hüquqa malik olmasına xidmət edir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub.

Bu gün Azərbaycan Silahlı Qüvvələri güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun modernləşdirilməsi, maddi – texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi və Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə qəhrəmanlıqlar göstərdilər.

Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.

“Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının mədəniyyət paytaxtı Şuşada “4-cü sənaye inqilabı və yeni media” başlığı altında keçirilən Qlobal Media Forumu başa çatdı. Forum əks-sədası hələ də dünya mediasının manşetlərindədir.

Milli mətbuatımızın yaranmasının 148-ci ildönümünə təsadüf edən bu beynəlxalq tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 250 nəfər media təmsilçisinin qatılması Qlobal Media Forumuna beynəlxalq marağın kifayət qədər yüksək olduğunu göstərdi. Forumun məhz Şuşada keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Cənab Prezident İlham Əliyevin Forumda qeyd etdiyi kimi “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”. Dünya mediasının aparıcı nümayəndələrini Şuşaya dəvət etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində müharibədən sonrakı mövcud vəziyyət haqqında obyektiv informasiyaların beynəlxalq miqyasda yayılmasına şərait yaratdı. Dünyamiqyaslı nüfuzlu KİV-lərin nümayəndələri Laçın yolunun başlanğıcından reportajlar yayımladı və Qarabağ ərazisində yaşayan ermənilərin heç də iddia edildiyi kimi blokada şəraitində olmadığını öz auditoriyalarına çatdırdılar. Müxtəlif ölkələrin mətbuatında və bir sıra beynəlxalq siyasi platformalarda Ermənistan tərəfindən ölkəmiz haqqında məqsədli şəkildə yayımlanan saxta məlumatlar bu Forum çərçivəsində əyani şəkildə təkzib olundu. Bütün imkanlarını ölkəmiz haqqında saxta informasiyalar yaymaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışan Ermənistan siyasətçilərinin və jurnalistlərinin yalanları növbəti dəfə tutarlı dəlillərlə ifşa olundu. Forumunun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, “İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”.

Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan-Qarabağı tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Prezident cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Bu gün Azərbaycan mediası çox böyük işlər görür.

Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident cənab  İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, “İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi… Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”. Prezident bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirdi ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb.

Azərbaycan mediasının bugünkü inkişaf meyillərindən razı qaldığını bildirən Prezident cənab İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.

Azərbaycan Prezidenti öz çıxışında milli mətbuatımızın qarşısında duran vəzifələri belə xarakterizə etdi: “Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik”.

Qlobal KİV təmsilçilərinin Azərbaycan Prezidentinə sualları ilə davam edən tədbirdə dövlətimizin başçısının verdiyi açıqlamalar Forum iştirakçılarında bölgəmizdəki yeni reallıqlar haqqında dolğun təsəvvür yaratdı. Ölkə Prezidenti bölgəmizdə təhlükəsizlik məsələləri, qlobal təhlükəsizlik məsələləri, enerji diplomatiyası, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi, eləcə də mövqelərin yaxınlaşdırılması üçün müxtəlif formatlarda göstərilən vasitəçilik səyləri haqqında dövlətimizin mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezident cənab İlham Əliyev ABŞ, Rusiya və Avropa İttifaqının sülh prosesinə verdikləri dəstəyi yüksək qiymətləndirdiyini və dövlətimizin bu proseslərdə səmimiyyətlə iştirak etdiyini vurğuladı.

Forum iştirakçıları arasında keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı dövlət başçısının proqnozları ilə maraqlananlar da oldu. Prezident cənab İlham Əliyev azad olunmuş ərazilərdə aparılan quruculuq-abadlıq işlərindən danışaraq bu suala da aydınlıq gətirdi.

Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan doğma yurduna qaytarılacaq. Otuzdan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Azərbaycan Prezidenti Forumda bildirdi ki, Böyük Qayıdışa mane olan ən böyük problem ərazilərin ermənilər tərəfindən minalarla həddindən artıq çirkləndirilməsidir. Yalnız müharibədən sonrakı müddət ərzində 300-dən artıq adam mina partlayışlarının qurbanı olub. Ermənistanın mina xəritələrini təqdim etməkdən yayınmasını isə dövlətimizin başçısı müharibə cinayəti kimi dəyərləndirdi. Minatəmizləmə proseslərinin sürətləndirilməsi üçün dövlət tərəfindən atılan addımlar barəsində jurnalistlərə geniş məlumat verildi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

 

Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu  öz işini uğurla başa çatdırmışdır. Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak etmişlər. Forum ərzində medianın fəaliyyəti ilə bağlı yeni çağırışlara cavab olaraq ən aktual mövzular ətrafında interaktiv müzakirələr aparılmışdır.

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etmişdir. Bu göstəricilər tədbirin geniş coğrafiyasını və beynəlxalq miqyaslı əhəmiyyətini əks etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 21-də Forumun açılış mərasimində iştirakı dövlət başçısı tərəfindən bu tədbirin qlobal əhəmiyyətinə verilən qiymətin təzahürüdür. Ölkə rəhbəri bu mötəbər toplantının iştirakçılarının suallarını cavablandırarkən fikirlərini kifayət qədər əhatəli formada açıqladı. Cənab Prezidentin toxunduğu bütün məqamlar müstəsna əhəmiyyətə malikdir.

Prezident cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı, həmşinin tarixi Zəfərdən sonra Azərbaycan həqiqətləri, dinc quruculuq işləri və bölgədə sülhyaratma prosesinə verdiyi töhfələr barədə real informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu yüksək qiymətləndirmişdir. Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və mövcud xüsusda cərəyan edən proseslərlə bağlı Azərbaycan Prezidentinin cavabları nəinki forum iştirakçılarının və ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş, hətta dünya mediasında geniş əks-səda doğurmaqdadır.

Ölkə rəhbərinin fikirləri zəfərimiəzin verdiyi üstünlüklərin Azərəbaycanla Ermənistan arasındakı sülh prosesinin hazırkı dinamikasını xarakterizə edir. Bilavasitə həmin prosesə gəldikdə isə Prezident cənab İlham Əliyev ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətini tənqid etməklə yanaşı, sülh prosesinə vasitəçilik baxımından müxtəlif qütblərin mövcudluğunu məqbul hesab edir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın 86,6 kv.km ərazisini tanıyıb. Növbəti mərhələ bu qəbullanmanın kağız üzərinə köçürülməsidir. Dövlətimizin başçısının bildirdiyi kimi, bu, sonuncu mühüm məqamdır və ona çatmaq həm də regional sabitliyin və təhlükəsizliyin qərarlaşması prizmasında başlıca şərtdir.

Cənab İlham Əliyevin Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi, sülh gündəliyi və vasitəçi tərəflər arasında rəqabət mühiti barədə fikirlərini səsləndirərkən, Rusiya amilinin üzərində dayanması da vacib məqamlardan biridir. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Moskvanın təşəbbüsü öz üzərinə götürdüyünü deməklə Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələrini xatırlatmış və onun 10 noyabr Bəyannaməsinin hazırlanmasındakı rolunu yüksək dəyərləndirmişdir. Lakin yeni geosiyasi vəziyyət fonunda burada müəyyən problemlərin yarandığını da istisna etməmişdir. Azərbaycan Prezidentinin bu kontekstdə söylədiyi tarixi və siyasi bir məqam xüsusilə diqqətçəkəndir: “Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir”. Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq platforması olmalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir.

Azərbaycan tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin tarixi kökü çox qədim dövrlərə qədər uzanır, çünki ta qədimdən bu torpaqlarda təşəkkül tapmış xalqlar dil, din, mədəniyyət fərqlərinə baxmadan birgə, dostluq və qardaşlıq şəraitində yaşamışdır. Qədim və müasir tariximizin bütün dövrlərində əsrlərdən bəri formalaşan multikulturalizm və birgəyaşayış ənənələri mövcud olmuşdur. Bu bir gerçəklikdir ki, bu gün ölkəmizin bütün regionlarında mədəni müxtəliflik həyat tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub və hazırda bu siyasəti dövlət başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyi təkzibedilməz faktdır. Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilib. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Ölkəmiz çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Minatəmizləmə prosesi ən böyük əngəldir.

44 günlük müharibəni şanlı qələbə ilə başa çatdırdıqdan sonra Azərbaycan dövlətinin qarşısına qoyduğu milli prioritetlərdən biri də işğaldan azad etdiyi torpaqlara tezliklə Böyük qayıdışı gerçəkləşdirmək idi. Buna görə də Vətən müharibəsindən dərhal sonra tarixi ərazilərimizdə geniş quruculuq və bərpa işlərinə start verildi. Qarabağa və Şərqi Zəngəzura yenidən həyatın qaytarılması üçün birbaşa dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu ərazilərdə dünyada misli görünməmiş meqalayihələrin icrasına başlanıldı.

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən iyulun 21-də “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan mili mətbuatının 148-ci ildönümü ilə bağlı Zəfərimizin tarixi olan Şuşada 3 gün davam edən I Şuşa Qlobal Media Forum çərçivəsində dövlət başçımız tərəfindən Azərbaycan xalqına və bütün dünya ölkəmizin ictimaiyyətinə bir sıra vacib mesajlər ötürüldü.

Dövlətimizin başçısı çıxışı zamanı işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsinin əsas məsələlər sırasında olduğunu və Böyük Qayıdışa ən böyük əngəl yaratdığını bildirdi. Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın mina xəritələrini verməyə məcbur etmək üçün apardığı məqsədyönlü və prinsipial siyasət öz məntiqi nəticəsini verməkdədir.

Gəncliyə Dəstək İctimai Birliyi sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın