22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Özəlləşdirmə çekləri vətəndaşlara müddətsiz verilib” – ŞƏRH

“Özəlləşdirmə çekləri vətəndaşlara müddətsiz verilib” – ŞƏRH

Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, ölkə ictimaiyyəti bunun qanunsuz olduğunu bildirməklə, müvafiq qurumlara çağırışlar edirlər. Çünki “Qiymətlər kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununda qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb. Bundan başqa, imzalanan fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması qeyd olunub.

Araşdırmaya görə, Özəlləşdirmə Paylarının “Özəlləşdirmə Qanunu”nda yazıldığı kimi banklarda girov qoymaq hüququnun pozulması və qanunla bütün çeklərə eyni dəyərdə Əmlak Payı nəzərdə tutulmasına baxmayaraq, fərmanlarla Dövət Qiymətli Kağızlarının qiymətinin tənzimlənməsi, hüquq və iqtisad ekspertlərinin səhvləri Əmlak Komitəsinin manipulyasiyasına səbəb olub. Bu günə qədər özəlləşdirmə sahəsində olan səhvləri və qanunsuzluqları aradan qaldırmağın bir yolu var. Bu, əllərdə qalmış 1 600 000 Özəlləşdirmə Payının infilyasiyadan qorunan Əmlak Ekvalenti dəyər qiyməti məlum olan Dövlət Əmlak İstiqrazları ilə əvəz edilməsidir. “Özəlləşdirmə Qanunu” və Özəlləşdirmə Çeklərinin üzərində də yazıldığı kimi “Bütün çeklərə eyni dəyərdə infilyasiyadan qorunan əmlak payı düşür” və fərmanlarla manipuliyasiya edərək qanunları pozmaq qadağandır. Əmlak Komitəsinin bu gün də qüvvədə olan 1997-ci ildəki 222N-li əmrindən belə məlum olur ki, bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2000 dollar civarında hesablanıb. Ulu Öndər Heydər Əliyevin imzaldığı fərmanda aydın şəkildə qeyd edilirdi ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin sahibi vətəndaşlar olmalıdır.

Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə MÜRACİƏT ilə tanış ola biləriniz:

https://www.qanunla.az/diqqet-prezidente-ikinci-muraciet-fotolar-2/

Qarabağ müharibəsi və əmək veteranlarının Prezident Adminstrasiyasına MÜRACİƏT ilə tanış olun:

https://www.qanunla.az/muharibe-veteranlarindan-prezident-adminstrasiyasina-muraciet-fotolar/

Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:

Mövzu ilə bağlı iqtisadçı Elçin Bayramlı Qafqazaz.com-a açıqlamasında bildirib ki, o vaxtkı özəlləşdirmədə çeklərindən yararlana bilməyən vətəndaşlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir:

“Özəlləşdirmə çekləri barədə cinayətləri təsdiq edən 2022-2023-cü illərdə yazılmış 4 elmi-praktiki məqalə Dövlət Ali Atestasiya Komissiyasının nəzarətində olan “Qanun” jurnalında bir neçə ekspert və 10-dan çox hüquqşünas-alimin rəyi əsasında hazırlanıb. Hüquqşünas alimlərin elmi-praktiki araşdırmasından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman Prezident Adminstrasiyası başçısının köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri oliqarx məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd səlahiyyətlər verməklə, öz məqsədləri üçün istifadə ediblər. Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu birmənalı olaraq hamı tərəfindən qəbul olunur. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər. Dövlət özəlləşdirmə çekləri qiymətli kağız olub, dövlət özəlləşdirmə payı üzərində vətəndaşın mülkiyyət hüququnu təsdiqləyir. Bu çeklər Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiqlənmiş II Dövlət Proqramının 1.5-ci bəndi ilə tədavül müddəti bitdiyi üçün tədavüldən çıxarılıb. Lakin tədavüldən çıxrılarkən dövlət özlləşdirmə çeklərinin dəyəri çek sahiblərinə ödənilməyib. Dövlət özəlləşdirmə çeklərinin vətəndaşların özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnu təsdiqlədiyi üçün onların tədavüldən çıxarılması ancaq və ancaq dəyərinin ödənilməsi yolu ilə mümkündür”.

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu isə vurğulayıb ki, sözügedən çeklərdən işğaldan azad olunmuş ərazilərdə də özəlləşdirmə prosesi zamanı istifadə edilə bilər:

“Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir və istifadə olunmayıb. Hər payda 4 ədəd özəlləşdirmə çeki var. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər. Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz. Hesab edirəm ki, hər hansı bir formada tədavül müddəti ərzində istifadə edilə bilməyən, başqa bir ifadə özəlləşdirmə məqsədlərinə yönəldilə bilməyən “dövlət özəlləşdirmə çeklərinin” dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində divident verilməlidir”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın