22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də mənfur düşmənlərimiz tərəfindən işğal edilmişdir. Erməni vandalizminə məruz qalmış rayonda 362 nəfər şəhid olmuş, 191 nəfər əlil, 6 nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı uğurlu əks-hücum əməliyyatları nəticəsində ilk öncə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri daha sonra 3 oktyabr tarixində isə Mehdili, Çaxırlı, AşağıMaralyan, Şəybəy, Quycaq kəndləri düşmən işğalından azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhəri də erməni işğalından azad edildi. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləridə işğaldan azad edildi.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etmişdir. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl işğaldan azad olunduqdan sonra rayonda çoxsaylı bərpa və quruculuq işləri görülmüşdür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün çox önəmli hadisədir. 200 hektar ərazini əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib. Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir. Rusiyaya məxsus “KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacağı artıq planlaşdırılıb. “KamAZ”la “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Cəbrayılda birgə servis mərkəzi yaratmağı planlaşdırır. Onun ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərilməsi nəzərdə tutulub. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstərilməsi də nəzərdə tutulub. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir.

Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır həmçinin ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişlənəcəyi heç sübhəsizdir.

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın