22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Böyük Qayıdış üçün 4 milyard manat nəzərdə tutulmasını dəstəkləyirəm” – Millət vəkili

“Böyük Qayıdış üçün 4 milyard manat nəzərdə tutulmasını dəstəkləyirəm” – Millət vəkili

“Bizə təqdim edilən materiallarla, göstəricilərlə tanış olmuşam və hər dəfə olduğu kimi, bu dəfə də əldə edilən nailiyyətlər məni sevindirir. 2023-cü ilin 9 ayında demək olar ki bütün makroiqtisadi göstəricilərdə artım müşahidə olunmuş, əlavə dəyər istehsal edilmişdir. Bu tendensiya 2024-cü ildə də davam edəcəldir. ÜDM-in gələn il ərzində artımı 2.4% proqnozlaşdırılır”.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, gələn ilin proqnozlarında inflyasiya səviyyəsinin 5.3% olması gözlənilir:

“Əvvəlki çıxışlarımızda da qeyd etdiyimiz idxal olunan inflyasiya səviyyəsi idarə olunan hala gətirilmiş və rəqəm olaraq 11.7%-ə enmişdir, ilin sonuna kimi isə 9.5% olacağı gözlənilir. Hər kəsə məlum olduğu kimi, bu istiqamət üzrə bizim hökumətin atdığı addımlar və əldə etdiyi nəticələr bir çox qonşu ölkələrlə müqayisədə daha uğurlu olmuşdur. Gələn ilin proqnozlarında inflyasiya səviyyəsinin 5.3% olması gözlənilir.

Cari ildə parlamentin qəbul etdiyi yeni qanunlar və mövcud qanunlara dəyişikliklərin bir çoxu 1 yanvar 2024-cü ildən qüvvəyə minəcəkdir ki, bu da bir çox sahələr üzrə öz müsbət effektini göstərəcəkdir.

1. Bir sıra ərzaq məhsulları istehsalında istifadə olunan texnika və avadanlıqların, aralıq məhsulların idxalına vergi və gömrük güzəştlərinin tətbiqi bu sahədə stimulverici effekt yaradacaqdır.
2. Sahibkarlıq fəaliyyəti sahəsində vergi güzəştlərinin tətbiqi, bir sıra sahələrdə əmlak və torpaq vergisi üzrə müddətli azad olunma, turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqinin verilməsi həyata keçiriləcək.
3. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması (ƏDV-nin qaytarılmasının gəlir vergisindən azad olması, bir sıra maddi yardım və birdəfəlik müavinətin vergidən azad olan hissəsinin 1000 manatdan 2500 manat artırılması) baş verəcəkdir.

2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərclərinin bu illə müqayisədə 5.2%, müdafiə və milli təhlükəsizlik xərclərinin 5.5% artırılmasını və Böyük Qayıdışın təmin edilməsi üzrə 4 milyard manat əsaslı xərclərin nəzərdə tutulmasını dəstəkləyirəm.

Sonda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı bəzi qeydlərimi bildirmək istəyirəm. Büdcə layihəsindən göründüyü kimi, 1.1 milyard manat vəsait kənd təsərrüfatı üçün nəzərdə tutulub. Bunun 507 milyon manatı su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatının maliyyələşməsinə yönəldilib. Bu olduqca mühüm tədbirdir. Digər mühüm istiqamət ərzaq təhlükəsizliyi məsələsidir ki, bu məqsədlər üçün də 502 milyon manat vəsait nəzərdə tutulub. Ölkəmiz aqrar potensialı yüksək olan ölkədir, əhalinin ərzaq məhsulları ilə təminatının daxili istehsal hesabına ödənilməsi olduqca əhəmiyyətli məsələdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları öz zəngin təbiəti, su ehtiyatları ilə, bərəkətli torpağı ilə bu məsələdə öz tövhəsini verəcəkdir. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin üzərinə çox fəal işlər düşür. Əlbəttə, müəyyən irəliləyişlər var amma görüləsi işlər daha çoxdur”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın