21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır

Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır

Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır.

Zəfər Savaşından sonra bölgənin dəyişən geopolitik durumunda xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycan-Türkiyə münasibətlərinin ən üst zirvəyə çatmasıdır. “Bir millət, iki dövlət” şüarı ilə yola çıxan iki qardaş ölkə bu gün dünyanın siyasi düzənində analoqu olmayan bir müttəfiqlik ortaya qoyub. Bu ittifaq və birlik türkdilli ölkələrin yaxınlaşmasına da ciddi şəkildə müsbət təsirini göstərdi. İllər öncə mədəni əlaqələr üzərində formalaşan türkdilli respublikaların birliyi bu gün siyasi-iqtisadi mahiyyət etibarı ilə ciddi bir platformaya çevrilib. Bu gün dünya siyasi düzənində həm regional, həm də qlobal proseslərə təsir göstərmək baxımından Türk Dövlətləri Təşkilatı ciddi güc mərkəzinə çevrilib. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü mövcud beynəlxalq proseslərin fonunda xüsusi əhəmiyyət daşıyırdı. Artıq bu siyasi blok və burada səslənən fikirlər dünyanın mühüm analitik mərkəzlərində təhlil olunur və gələcək proqnozların verilməsində nəzərə alınır. Bu baxımdan bütün toplantılarda olduğu kimi, Astana sammitində də Prezident İlham Əliyevin çıxışı bütövlükdə böyük maraq kəsb etdi.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatındakı çıxışlarında verdiyi mesajlar və səsləndirdiyi bəyanatlar hər zaman ciddi mahiyyət daşımışdır. Bu dəfə də eyni situasiyanın şahidi olduq. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Prezident İlham Əliyev çıxışında 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünə toxundu və ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıqdan, görülən işlərdən söhbət açaraq bunun Türk Dövlətləri Təşkilatının inkişafına təkan verdiyini qeyd etdi. Şübhəsiz ki, bu inkişafın göstərici kimi bu gün TDT-nın qlobal arenada böyük nüfuza malik olduğunu vurğulayan ölkəmizin başçısı həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyi dəstəyə görə liderlərə təşəkkür etdi. Dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərindən, eləcə də sülh prosesindən danışaraq 2022-ci ildə qarşı tərəfin ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, davranışları ilə əməllərinin tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırdı. Məğlub ordunun qalıqları ölkəmizin suveren ərazilərində qalmaqda idi. Digər tərəfdən ölkəmizin ərazi bütövlüyünü tam şəkildə tanıdığını bəyan edən Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun “müstəqilliyi”ni təbrik etməsi, Qarabağda keçirilmiş 9 sentyabr “prezident seçkiləri” tamamilə qəbuledilməz oldu. Bu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdən, təhdiddən başqa bir şey deylidi və bu, belə davam edə bilməzdi. Azərbaycan haqlı olaraq qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Prezident İlham Əliyev mülki insanlara və mülki infrastruktura heç bir zərər vurmadan 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yoluna qısa nəzər salmaq bir zərurət kimi qarşımızdadır

Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Ölkəmizin bu birliyin möhkəmləndirilməsinə töhfələri diqqətdədir. Naxçıvandan başlanan yolun uğurlu davamı qarşıya qoyulan hədəflərin reallığa çevrilməsindən, dövrün çağırışlarının düzgün dəyərləndirilməsindən xəbər verir. Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf yoluna qısa nəzər salmaq bir zərurət kimi qarşımızdadır.  Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. 2009-cu ildə  Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradıldı. O vaxt Sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. İllər keçdikcə Şuraya üzv ölkələr arasında əməkdaşlıq daha da genişləndi. 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü – Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə dövlət başçısı İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirləri ilə ifadə etmişdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Nnoyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçilən yolun təqdimatında, türk dünyasının gələcəyi ilə bağlı hədəflərin müəyyənlşdirilməsində əhəmiyyətli rol oynadı: “Zirvə görüşünün çağırışı özündə bütün məqamları açıqlayır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha türk dünyasının birliyini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, əfsuslar olsun  bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.”

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər

Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Prezident İlham Əliyev hələ 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevriləndə təşkilatın gözəl gələcəyinin olacağını əminliklə bildirmişdir: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.”

Cənab İlham Əliyev hər zaman çıxışlarında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən və bu fonda Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasından bəhs edir. Yubiley Zirvə görüşü də bu baxımdan diqqətdə oldu. Dövlət başçısı bir daha bildirdi ki, 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik.

Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etdilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini və sair qeyd etmək olar.

Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini veribdir. Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq

Bu gün böyük əminliklə qeyd edirik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin aydın məzərəsini yaradır. Belə ki, 2009 cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin  prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın  daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi türk dünyasının birliyini daha da möhkəmləndirdi.

Cənab İlham Əliyev təşkilatın gələcəyinə böyük inamını ifadə etmişdir. Tariximiz, mədəniyyətimiz, ənənələrimiz, adət-ənənələrimiz bu birliyi diktə edir. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir çağırışı səsləndirmişdir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq

Dünyanın diqqəti yenə də türk dünyasının birliyinə yönəldi. Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Hər bir Zirvə görüşü keçirildiyi məkan, əhatə etdiyi mövzu, çağırışla yanaşı, gələcək hədəfləri özündə ehtiva edən Bəyannamənin imzalanması ilə diqqətdə olur. Belə ki, yekun sənəddə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəfləri öz əksini tapır. Sözügedən Zirvə görüşündə Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi imzalandı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə türk xalqlarının inkişafında böyük xidmətlərinə görə Türk Dünyasının Ali Ordenini təqdim etdi. Onu da qeyd edək ki, bu ali mükafata 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layiq görülmüşdür. Bu təqdimatlar da özündə türk birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları birləşdirir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı türk dünyasının birliyi bardə aydın təsəvür yaradır. Hazırda qarşılıqlı səfərlərin daha da artması fonunda bu əməkdaşlığın digər türkdilli dövlətlərlə də genişləndiyinin şahidiyik. Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündə bildirdi ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı, gələcək hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyevin Qazaxıstana reallaşdırdığı səfər son iki ildə sayca üçüncü səfəridir. Cənab İlham Əliyev dostluğumuzun, qardaşlığımızın aydın ifadəsi olaraq bu məqamı xüsusi qeyd etmişdir ki, hər səfərində Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi olur.

Azərbaycan daim türk dünyasının birliyinin önəmini xüsusi qeyd edərək bu istiqamətdə mühüm addımlar atır: “Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Dünya həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində bu birliyin şahidi olur.  Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqı adından hədiyyə olaraq Füzulidə  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikilərək istifadəyə verilməsini,  Qazaxıstan tərəfindən  Füzulidə tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda iki dost, qardaş zərbaycan və Türkiyənin birgə investisiya layihəsi olan  “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksini qeyd edə bilərik.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur

Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon dollar dəyərində ümumi daxili məhsula və 855 milyard dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və müasir hərbi imkanları ilə diqqətdədirlər.  Dövlət başçısı İlham Əliyev Yubiley Zirvə görüşündəki çıxışında bu rəqəmi açıqladı ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard  dollardan çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.”

“Münasibətlərimizin inkişafında nəqliyyat və logistika sahələri də mühüm yer tutur” söyləyən Nurlan Həsənov onu da vurğulayıb ki, Türk Dşvlətləri Təşkilatına üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu – Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.

Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Astana X Zirvə görüşü bu birliyin möhkəmləndirilməsində öz sözünü deyəcək. Hədəfləri və onlara çatmağın yollarını özündə ehtiva edən Astana Bəyanaməsi bu əminliyə əsas verir. Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olacaq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

 

Dünyada cərəyan edən proseslərin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir

Dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək bu statistik rəqəmi açıqladı ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqenin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin Qazaxıstana səfəri son iki ildə sayca üçüncü səfəridir.

Cənab İlham Əliyev tədbirdəki çıxışında bu məqamı təəssüf hisi ilə vurğuladı ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə vəziyyətdə ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Bunun üçün üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.”

Hər bir Zirvə görüşü dünənə baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rolu ilə tarixə yazılır. Keçilən yol Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı böyük əminliyin ifadə edilməsinə əsas verir: “Qurum təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət həyata keçirir. Cənab İlham Əliyev ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə bir çağırışı səsləndirmişdir ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.”

Dünyada cərəyan edən proseslərin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq, böyük bir ailə olan türk dünyasının birliyini  möhkəmləndirəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

Dövlət başçılarının ikitərəfli görüşlərinin bu zirvə çərçivəsində keçirilməsi Türk dövlətləri arasında əlaqələrin gücləndiyinin bariz nümunəsidir

Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley görüşü Qazaxıstanın Astana şəhərində “Türk Əsri” çağırışı altında keçirilib. Zirvə görüşündən öncə yüksəkvəzifəli rəsmilərin bir araya gəlməsilə bir sıra iqtisadi və siyasi mövzularda, o cümlədən ticarət, nəqliyyat, gömrük və digər sahələr üzrə sənədlərin hazırlanmasına dair razılıqlar əldə edilib. Zirvə toplantısı TDT-nin geniş gündəliyinə dair yüksək səviyyəli müzakirələr üçün həlledici platforma rolunu oynayacaq.

Dövlət başçılarının ikitərəfli görüşlərinin bu zirvə çərçivəsində keçirilməsi Türk dövlətləri arasında əlaqələrin gücləndiyinin bariz nümunəsidir.

Qeyd edək ki, 10-cu yubiley Zirvə görüşündə TDT-yə sədrlik Özbəkistan Respublikasından Qazaxıstan Respublikasına ötürülüb. Həmçinin Zirvə görüşünün nəticəsi olaraq Türk İnvestisiya Fondu fəaliyyətə başlayacaq.

Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. İnvestisiya qoyuluşlarına nəzər yetirsək görə bilərik ki, Azərbaycan birbaşa xarici investisiya qoyuluşunda Türk dövlətləri arasında drayver rolu oynayır. Zirvə görüşündə Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan indiyə qədər Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Həmçinin Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da xüsusi qeyd edilməlidir.

Ümumilikdə, TDT çərçivəsində mövcud potensialdan istifadənin arzuolunan səviyyəyə çatması üçün “Türk Dünyası Vizyonu-2040” və TDT 2022-2026 Strategiyası sənədləri qəbul edilib. Periodik olaraq keçirilən görüşlərin əsas məqsədləri bu sənədlər çərçivəsində qarşıya qoyulan məqsədlərə səmərəli şəkildə çatmaqdır. TDT-yə üzv və müşahidəçi ölkələr çərçivəsində ticarət dövriyyəsi 2022-ci ildə 57 milyard ABŞ dollarından çox olub. Halbuki bu ölkələrin 2022-ci ildə dünya ilə ümumilikdə ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edib.

Mövcud potensialdan effektiv istifadəni təmin etmək məqsədilə son dövrlərdə bir sıra addımlar atılıb. Ticarətin asanlaşdırılmasına dair ən mühüm sənədlərə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” və “Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında” sazişləri göstərmək olar. Hüquqi məsuliyyət daşıyan bu sazişlər ölkələr arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Qeyd edək ki, regionda baş verən geosiyasi natarazlıqlar fonunda yeni bir reallıq yaranıb. Yeni şəraitdə Türk dünyası ölkələrindən keçən və Orta Dəhliz adlandırdığımız nəqliyyat marşrutunun geoiqtisadi mahiyyəti kifayət qədər artıb. Zirvə görüşündə dövlət başçıları da bu çağırışı Türk dövlətlərinin TDT çərçivəsində fürsətə çevirmələrini strateji hədəf olaraq qiymətləndirdiklərini vurğuladılar.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir. Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu, o deməkdir ki, TDT-nin 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərən amillərdəndir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr, Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gətirilməsi və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir. İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə orta xəttin tapılması daha faydalı olur.

Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir. Ölkə başçısı İlham Əliyev son iki ildə Qazaxıstana üç dəfə səfər edib. Zirvə görüşündə qeyd olundu ki, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı təkcə iqtisadi, siyasi və mədəni sahələrlə məhdudlaşdırılmamalı, regionda mövcud olan geosiyasi vəziyyət diqqətə alınaraq hərbi və müdafiə sənayesi kimi sahələrdə də əlaqələr gücləndirilməlidir. Dövlət başçımız qeyd edib ki, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın