22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır.

Son illər ərzində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı təmin edilir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, istehsal, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən başlıca komponentlərdən biridir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır.Uğurlarımızın əsasında bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyaları dayanır.

Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq institut və korporasiyalarla səmərəli əlaqələr quruldu, inkişaf üçün vacib olan neft strategiyası gerçəkləşdirildi, davamlı iqtisadi artımın əsası qoyuldu, rifahın yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Bütün qeyd edilənlər isə gələcək iqtisadi uğurların möhkəm təməllərini formalaşdırmış oldu.

Cənab İlham Əliyev birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün biz cənab Prezidentin bu siyasi proqramı təntənəli şəkildə reallaşdırdığının şahidiyik. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması zərgər dəqiqliyi ilə seçilən strateji planlaşdırma və ölkəmizin əsas inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün oldu. Müasir ordu quruculuğu, parlaq diplomatiya, vətənpərvər gənc nəslin yetişdirilməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanması və daha da gücləndirilməsi kimi zəruri elementlər ölkəmizi şanlı Qələbəyə aparıb. Bu inkişaf modelinin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır. Sosial sahədə həyata keçirilən siyasət yeni mərhələdə sistemli şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın rifahının yaxşılaşması üçün yeni imkanlar açır və həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Düşünülmüş sosial siyasət.

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkşaf əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də özünü göstərir.
Son illər ölkədə maliyyə şəffaflığı istiqamətində atılan mühüm addımların  büdcəyə göstərdiyi əsaslı təsirlərlə bərabər,  düşünülmüş sosial siyasət və həyata keçirilən düzgün investitsiya layihələri, eləcə də davamlı iqtisadi islahatlar vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsi üçün münbit zəmin yaradıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin, ümumilikdə cəmiyyətin bütün təbəqələrinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi hər il artan dinamika ilə müşaiyət olunur.

Məlumdur ki, hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat səviyyəsinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət cəmiyyətin müxtəlif sosial qrupları arasındakı münasibətləri optimallaşdırmaq, dövlətin vətəndaşların həyati tələbatlarını ödəməsi üçün yaratdığı təminatlar sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Düşünülmüş sosial siyasət həm bu gün, həm də, gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaq müddətli proqramlar vasitəsi ilə reallaşdırılır.

Ölkəmizin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Eləcə də, iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib,  iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. Ölkə başçısının vurğuladığı kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov

 

 

Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” isə keçidini sürətləndirməkdədir.Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən biri də energetika sektorudur. Hələ sovet hakimiyyəti dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı bu sahədə güclü inkişaf müşahidə edilməyə başlayıb.

90-ci illərin əvvəllərindən müstəqil Azərbaycan Respublikasının qurulduğu ilk dövrlərdə iqtisadiyyatın, digər sahələrində olduğu kimi, bu sahədə də müəyyən durğunluq müşahidə edilib, buna baxmayaraq, bu sahə öz dayanıqlığını nisbətən qoruyub saxlaya bilib. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək  dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın unikal investisiya mühitinin olması ölkəmizin digər sahələrdə olduğu kimi bərpaolunan enerji sahəsində də həyata keçirdiyi layihələrə xarici investorların marağı böyükdür.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verəcək. Azərbaycanda artıq bərpa olunan enerji üzrə kiçik miqyaslı elektrik stansiyaları üçün avadanlıqlar, günəş panelləri istehsal olunur. Bərpa olunan enerji ilə işləyən stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işlərinin və sair istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru- Rasif Qaçayev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın