22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Yola saldığımız 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunan cari il mühüm tarixi hadisələrlə əlamətdar oldu. Bu hadisələr arasında dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda dövlət Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamı yaxşı bilirdi ki, bu iş yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Qarabağ Zəfərinin davamı olaraq, bu il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı.

Beləliklə, 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa edə bildi, işğalçı qüvvələr Qarabağdakı son nəfərinədək çıxarıldı, erməni silahlı dəstələri, onların hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir

Son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. 2020-ci il noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın öz məğlubiyyətini rəsmən təsdqiləməsi – kapitulyasiya aktını imzalaması və daha sonra 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın öz  ərazi bütövlüyünü tam bərpa etməsi bunu deməyə əsas verir. Söz yox ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaq.

Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan – Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib. İşğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. Qarabağda və Şərqi Zəngəzurdakı  möhtəşəm layihələrin sürətlə həyata keçirilməsi davam edir. Qeyd edək ki, Prezident cənab İlham Əliyev Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyini, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinin yenə də dövlətin əsas diqqət mərkəzində olacağını çıxışlarında qeyd edir. Ölkə başçımızın işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələləri xüsusi diqqətdə saxlayır. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin Baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Şəhidlərimizin qanı yerdə qalmadı.

27 Sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi ilə xalqımız 44 gün ərzində çox ağrılı günlər yaşadı. Ancaq bu çətin günlərin ən sevindirici tərəfi sonunun qələbə ilə nəticələnməsi idi. Xalqımızın, əsgərlərimizin tək istəyi I Qarabağ müharibəsində Qarabağ uğrunda şəhid olanların qanının yerdə qalmaması idi. Müzəffər ordumuz igidlərimizin qisasını döyüş meydanında aldı. Mənfur düşmənin isə müharibə dövründə etdiyi tək şey gecə saatlarında, hər kəsin yatdığı anlarda bu sükutu raket səsləri ilə pozmaları idi. Cəbhədə atəşkəsi pozmaqla yanaşı, raket hücumları ilə əliyalın xalqı evsiz-eşiksiz buraxdı. Bunun ən bariz sübutu Gəncə, Tərtər və Bərdədir. Neçə ailələr məhv oldu, ailələr övladsız, övladlar ailəsiz qaldı. Şəhid ailələri bu gün məzarları qucaqlayarkən qanlarının yerdə qalmadığını fəxrlə söyləyirlər. Onlar ilə bütün Azərbaycanlılar  fəxr edir.  Qələbəni qanları, canları uğruna bizə bəxş edən cəsur şəhidlərimiz, bədənində Vətən izləri qalmış qazilərimiz, müharibə ərəfəsində mərdlik göstərən əsgərlərimiz, zabitlərimiz, ürəyi Azərbaycanla döyünən millətimiz və ən əsası 44 gün ərzində Azərbaycanı “Dəmir Yumruq” kimi ətrafına toplayan ali baş komandan cənab İlham Əliyev bizim qürur mənbəyimizdir. Onlar öz qəhrəmanlıqları,şücaəti, fədakarlıqları ilə dastana çevirildilər.

Biz artıq qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları yenidən dirçəldəcəyik. Ən əsası qələbəni bizə bəxş edənləri Qarabağın daimi sakinlərini hər zaman qəlbimizdə yaşadacağıq.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın