Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur
Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur.
Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və düşünülmüş xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilmişdir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb konyunkturada bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.
Əminik ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövləti və xalqı bundan sonra da ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirməsinə imkan verməyəcək, daim həmrəylik, milli birlik, vahid amal uğrunda yumruq kimi bir olacaqdır.
Bütün bu nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.
Əminik ki, Ulu Öndərimizin ruhu şaddır və Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də var olacaq.
Ulu Öndər Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeyinin qorunmasında, təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Heydər Əliyev çoxvektorlu, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu. Bu baxımdan birmənalı şəkildə vurğulamaq olar ki, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdə də, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar.
Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, 2018-ci ildən etibarən islahatlar daha çevik xarakter alıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sahədə inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq vətəndaşlarının yanında olmuş, heç bir sosial proqramı ixtisar etməmiş, islahat xarakterli məqsədyönlü tədbirləri ardıcıl şəkildə davam etdirib.
Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatlar konseptual olmaqla struktural xarakter daşıyır. İslahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir.
Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs edərkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərinin və seçkilərdən sonra Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur və kadr islahatlarının önəmi də xüsusi vurğulanmalıdır. İlk növbədə, burada məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarət olub.
VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklər, ümumilikdə, parlamentə sağlam, demokratik mühit gətirib, parlamentin işində əhəmiyyətli dönüş yaranıb və onun nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəlib.
Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.
Müasir dövrdə Azərbaycan dünya arenasında özünəməxsus yeri olan dövlət kimi yüksək səviyyədə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regionda təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ölkəmizin bu sahədə əldə etdiyi bütün uğurlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Artıq haqq ədalət bərpa olunub . Vətən müharibəsindən ötən vaxt ərzində hətta zamanında bizə qarşı qərəzli, ədalətsiz mövqe tutan ölkələr də həqiqəti görərək öz münasıbətlərini dəyişib. Ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin xarici siyasətlə bağlı kursu dəyişməz olaraq qalır. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasəti sahəsində böyük uğurlar əldə edib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
İslahatları davamlı şəkildə aparılması onların effektivliyini təmin edən önəmli amillərdən biridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar.
VI çağırış Milli Məclisin deputatları parlament tribunasından daim seçicilərinin müraciətlərini səsləndirir, onların problemlərinin həlli ilə bağlı əlaqədar qurumlara çağırışlar edirlər. Bu da seçicilərlə işin düzgün əsaslarda qurulmasının göstəricisidir. Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etməsi ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.
Məlum olduğu kimi, qlobal pandemiya dövründə bütün dünyada olduğu kimi, ölkəmizdə də obyektiv məhdudlaşdırma, karantin tədbirləri tətbiq edilmişdir. Buna baxmayaraq, sözügedən dövrdə Milli Məclisin ardıcıl və məhsuldar fəaliyyətinin təşkili üçün bir sıra tədbirlər həyata keçirilib. Bu çərçivədə Milli Məclisin fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilib, parlamentin komitə və komissiyalarının iclasları, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantıları onlayn qaydada keçirilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanları səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilmişdir.
Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.
Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.
Aparılmış effektiv və doğru gənclər siyasətinin bariz nümunəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunəni öyrənir.
Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Sosial dövlət.
Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. İqtisadi inkişafın davamlılığının və əhalinin sosial müdafiəsinin təmin edilməsi həmişə olduğu kimi, yenə də Azərbaycan dövlətinin başlıca prioritetləri sırasındadır. Minimum əməkhaqqının artırılması dövlətin yürütdüyü uğurlu sosial siyasətin davamıdır, əhalinin rifah və sosial müdafiəsinin təmin olunmasıdır. Bu böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə aparılan bütün addımlar Azərbaycanın sosial dövlət olduğunun bariz nümunəsidir.
Cənab Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.
Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli