22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram

Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram

Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram.

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur.

Tarix boyu heç bir qüvvə Novruz bayramını insanlarımızın qəlbindən çıxara bilməmişdir. Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içində milli bayramlarını, o cümlədən Novruz adət və ənənələrini də qorumuş, onu əsrlərin sınağından keçirərək bu günümüzə qədər layiqincə yaşatmışdır.

Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan  Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.

Böyük ruh yüksəkliyi ilə qarşıladığımız bu Bahar bayramı günlərində insanların fikri, əməli, istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Novruz bayramı mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı təcəssüm etdirən el bayramıdır.

Bu gün artıq Novruz bayramı sülhü və tolerantlığı tərənnüm edən dəyər kimi qəbul edilir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.

Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Mehriban xanım Əliyevanın  fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsidir. Müasir Azərbaycanda ekoloji mədəniyyətin inkişafı və təbiətin mühafizəsi ilə bağlı böyük dövlət adamı Heydər Əliyevin tarixi fikirləri məhz Mehriban xanım Əliyevanın əməli fəaliyyəti nəticəsində öz yüksək təcəssümünü tapmışdır. Ulu Öndər Heydər Əliyev “Bir ağacı kəsən, elə bil mənim qolumu kəsir” demişdisə, Mehriban xanım Əliyeva Azərbaycanda yaşıllıq zonalarının salınması ekoloji mədəniyyətin inkişaf etdirilməsi və ənənəvi ağacəkmə layihələrinin əsasını qoymuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – “Nəsimi İlində” Mehriban xanımın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.

Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Ulu Öndər Heydər Əliyev vaxtilə torpaqlarımız işğal altında olan zaman layiqli siyasi varisi İlham Əliyev və Müzəffər Ordumuzun gücünə, qüdrətinə inanaraq  bu möhtəşəm kəlamı demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Ulu Öndər Heydər Əliyev həmişə görüşlərində xalqımızı inandırırdı ki, gün gələcək, biz öz torpaqlarımıza qayıdacağıq. Ümummilli liderin bu inamı xalqımızda ümid işığını sönməyə qoymadı. Azərbaycan xalqı bu gün öz ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşandı, bayram tonqalları qalandı. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.

Xalqımızın tarixində, adət-ənənəsində Novruz bayramının özünəməxsus yeri və rolu vardır. Otuz ilə yaxın müddətdə hər Novruz bayramında Azərbaycan xalqının böyük arzusu, diləyi işğal altında olan torpaqlarımızın əsarətdən azad edilməsi idi. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dördüncü ildir ki, Zəfərimizdən sonra Novruz bayramı ölkəmizdə xüsusi təntənə və böyük ruh yüksəkliyi qeyd olunur. İşğaldan azad edilmiş ərazilərimizdə bayram tonqalları yandırılır. Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırdı. Tarixi ənənələrimizə uyğun olaraq Prezident İlham Əliyev özündə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşdırılmasına nail oldu.

Arzu edirəm ki, bu Novruz dövlətimizə və xalqımıza bolluq, bərəkət gətirsin. Azərbaycanımız daha da inkişaf edərək, qüdrətini artırsın!

 Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Bayram şənlikləri.

Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə qeyd edib. Novruz bayramı təbiətin oyanması və yeniləşməsinin rəmzidir. Azərbaycan xalqı Novruz bayramını dörd həftə əvvəldən, yəni hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi olmaqla qeyd edir.

Novruz bayramı qədim adət-ənənələrlə, oyunlarla zəngindir. ““Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruz bayramı eyni zamanda sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Novruz Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutur. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, millli-mənəvi dəyərləri ilə fəxr etmişdir. Qədim tarixə malik olan Novruz bayramı xalqımız tərəfindən hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunur.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın