22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

CƏBRAYIL RAYONU ƏN SON MÜASİR ÜSLUBDA YENİDƏN QURULACAQ!

CƏBRAYIL RAYONU ƏN SON MÜASİR ÜSLUBDA YENİDƏN QURULACAQ!

CƏBRAYIL RAYONU ƏN SON MÜASİR ÜSLUBDA YENİDƏN QURULACAQ!

Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür. 2020-ci ilin oktyabrın 4 – də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tarixi Qələbə tvitlərindən birini atdı. Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Beləliklə də Cəbrayıl Vətən müharibəsinin ilk azad edilən şəhəri oldu. Rayon 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidə isə  yeni Qələbə soraqlı günlər vardı.Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən torpağı uğrunda müqəddəs savaşda hər gün qəhrəmanlıq dastanının səhifələri yazılırdı. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: «Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq…».deyirdi. Yağı tapdağından qurtuluşun dördüncü ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır. Elə bu ilin sentyabrın 26-da 36 keçmiş məcburi köçkün ailəsi Cəbrayıla qayıtdılar. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Bu gün xalqımızın şevincli günlərindən biridir . Çünki həmin günü  qanı və canı bahasına tarix yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla anır, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq. Yeri gəlmişkən, Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən yenilməz Ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Cəbrayıl azaddır. Cəbrayıl şəhərində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq! Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl çoxşaxəli iqtisadi fəaliyyətə malik çiçəklənən rayon idi. Rayon sement, mərmər, mişar daşı və qiymətli tikinti materialları kimi zəngin ehtiyatlara malikdir. Ərazidə dəmir filizi və hətta neft yataqlarının mövcudluğu məlum idi. Yerli əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonda 92 həkim, 432 tibb işçisi, 1660-dan çox müəllim, musiqi məktəbləri, mədəniyyət evləri, klublar, kitabxanalar və muzeylər fəaliyyət göstərən akademik və mədəni mühit də çiçəklənirdi. Bütün bunlar işğal zamanı əldən getdi.Cəbrayılın Ermənistan tərəfindən işğalı geniş vandalizmlə yadda qaldı. “Divlərsarayı” mağarası, “Məscid təpəsi”, arxeoloji türbələr, məscidlər və məqbərələr də daxil olmaqla çoxsaylı tarixi və mədəniyyət obyektləri zədələnmiş və ya tamamilə dağıdılmışdır. Bu mədəni irsin itkisi faciədir, çünki o, çoxəsrlik tarixi və şəxsiyyəti silir.

27 il uzun sürən işğaldan sonra nəhayət ki, Cəbrayıl azad edildi. Cəbrayıl şəhəri və 9 ətraf kəndin oktyabrın 4-də bərpası ilə işğaldan azad edilmə prosesi başlayıb. Bu, Cəbrayılın ağır günləri, cəbrayıllıların məcburi köçkünlük dövrü sona çatdı.Ən əsası, oktyabrın 4-ü, Cəbrayılın azad edilməsi Prezident, Ali Baş Komandan xalqımızın, ordumuzun birliyinin gücünün və qətiyyətinin sübutudur. İşğal zamanı əziyyətlərə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır. Bölgənin yenidən qurulması, mədəni irsinin bərpası və sakinləri üçün imkanların yaradılması səyləri bu şəhərin tarixinin qorunub saxlanılmasına sarsılmaz sadiqliyi əks etdirir. Cəbrayılın işğaldan azadlığa gedən yolu möhkəmlik, ümid və daha parlaq gələcək hekayəsidir.

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aydın Şıxəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın