Ərini qorxutmaq istəyən 28 yaşlı qadın özünü bıçaqladı
İsmayıllıda 28 yaşlı qadın özünü bıçaqlayıb.
Qafqazaz.com xəbər verir ki, rayonun Qalınçaq kəndində 1994-cü il təvəllüdlü Elnurə Gözəlova özünü bıçaqlayıb. O, mətbəxdən götürdüyü bıçaqla sinə nahiyəsinə zərbə endirərək özünə xəsarət yetirib. Gənc qadın xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, E.Gözəlova həyat yoldaşı Orxana əsəbiləşdiyindən onu qorxutmaq istəyib və bu zaman əsəbi halda bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın