Reynmen həbs oluna bilər
Türkiyəli müğənni Reynmen kimi tanınan Yusuf Aktaşın 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Qafqazaz.com xəbər verir ki, buna səbəb müğənninin aparıcı Bircan Balini hədələməsi və təhqir etməsi olub. İkili arasında yaranan mübahisə gündəm mövzusuna çevrilib. Bundan sonra Bircan Balini müğənnini prokurorluğa şikayət edib.
Prokurorluqdan “hədələmək” və ‘təhqir etmək’ iddiası ilə 4 ilə qədər mühakimə olunduğu iddiaya rəy verilib. Rəydə Reynmenin 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Reynmen hələlik məsələ ilə bağlı açıqlama verməyib
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın