21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb

  • MANŞET
  • 28 Fevral 2022
  • 1.535 BAXIŞ SAYI
Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb

Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir

Müasir dünyamızda dövlətlər arasında formalaşan etimadsızlıq mühitinin fonunda, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün örnəkdir. Bu münasibətlər sınaqadan çıxmış münasibətlərdir.Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrin sarsılmaz xarakterini bir daha təsdiqləyir.
Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır.Naxçıvan Muxtar Respublikası istisna olmaqla, quru və dəniz sərhədlərinin olmamasına baxmayaraq, Türkiyə və Azərbaycan münasibətlərini strateji səviyyədə inkişaf etdirməyə nail olmuşlar. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yaratması üçün mühüm vasitə rolunu oynayır. Türkiyə-Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır.Qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Bu gün Azərbaycan və Türkiyəni bir-birinə möhkəm bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinə dair mühüm addımlar atılır.Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra daim yanımızda olan, dəstəyini əsirgəməyən və istənilən platformada dəstək olmağa çalışan qardaş, dost ölkədir. Azərbaycan-Türkiyə münasibətləri hazırda müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında yalnız siyasi, hərbi, mədəni deyil, iqtisadi əlaqələrin də dərinləşdirilməsi prioritetdir və ikitərəfli dövriyyənin artırılması üçün hökumətlərarası komissiyalar fəaliyyət göstərməkdədirlər.
44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən Azərbaycanın yanında olduqlarını və dəstək verəcəklərini bəyan etdi. Türkiyənin bütün rəsmilərinin, sadə vətəndaşlarının qəlbi hər saniyə Azərbaycanla bir döyündü və 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanı tək qoymadılar. Azərbaycan qardaş Türkiyənin bu münasibətini, dəstəyini, qardaşlığını heç zaman unutmayacaq. Vətən müharibəsində əldə edilən Zəfərdə Türkiyədən aldığımız mənəvi və siyasi dəstəyin rolu böyük oldu. Eyni zamanda, hərbi sahədə təcrübə mübadiləsi aparıldı, hərbçilərimizin bilik və bacarıqlarının artırılmasında Türkiyə hərbçilərinin böyük rolu oldu.
İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra dekabrın 10-da keçirilən Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu parad, Türkiyə Prezidentinin Azərbaycan Prezidentinin yanında olması dünyaya bir mesaj oldu. Bu Zəfər Paradında növbəti görüşün Şuşada keçirilməsi ilə bağlı razılıq əldə olundu. Şuşada keçirilən görüşlər, Şuşa Bəyannaməsinin imzalanması isə Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm iqtisadi sahədə müttəfiqliyin rəsmiləşdirilməsinin şahidi olduq. İki dost, qardaş ölkə müttəfiqliklərini dünyaya bəyan etdilər. Bu Bəyannamə Azərbaycan və Türkiyə münasibətlərinin gələcəyini müəyyənləşdirən bir sənəddir. Azərbaycanın zəfərinin əsas simvolu olan mədəniyyət paytaxtımız Şuşada hər iki Prezidentin imzaladığı sənəd bu dövlətlərin həmişə birlikdə olacaqlarını, birlikdə mübarizə aparacaqlarını, Türkiyə və Azərbaycan qardaşlığının daimi və əbədi olacağını təsdiqləyən və möhürləyən tarixi hadisə oldu.
İki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bu nailiyyətlərin əldə olunmasında, əlbəttə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

İşğal dövründə qaçqınlar üçün fəal şəkildə evlər tikilirdi

Azərbaycan Prezidenti cənab İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə hər zaman xüsusi qayğı ilə yanaşmış, bu məsələni daim diqqət mərkəzində saxlamışdır.Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Son illərdə bu kateqoriyadan olan insanlar üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Onların sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə vermişdir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbəsi ilə nəticələndi.  44 gün davam edən müharibədə 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və yüzlərlə kəndlər, strateji yüksəkliklər rəşadətli Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edildi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Ermənistan kapitulyasiya haqqında bəyənatı imzalamağa məcbur oldu və bu, Azərbaycanın siyasi müstəvidəki qələbəsi idi. Beləliklə, Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan və şəhid vermədən düşmən işğalından azad edildi.
Ulu Öndər Heydər Əliyev tərəfindən söylənmiş “Bir millət – iki dövlət” kəlamı Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Belə ki, qardaş Türkiyə Azərbaycanın bu haqq savaşına sonadək siyasi və mənəvi dəstək göstərdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən, ilk saatlarından bəyənatla çıxış edərək Azərbaycana hərtərəfli dəstək olduğunu bildirdi, dəfələrlə açıq, birmənalı və sərt bəyənatlar verərək Türkiyənin hər zaman Azərbaycnın yanında olduğunu bütün dünyaya bəyan etdi. Türkiyənin dövlət başçısı müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi həqiqətlərə yönəltdi. Bu, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təzahürüdür.
Təsadüfi deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Artıq Türkiyə şirkətləri Qarabağda Azərbaycan üçün böyük önəm daşıyan infrasturktur layihələrini icra etməyə başlayıblar. Füzuli-Şuşa avtomobil yolu – “Zəfər yolu”, Füzuli Beynəlxalq Hava Limanı kimi olduqca böyük strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında qardaş Türkiyənin rolu və dəstəyi danılmazdır.
Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın yeritdiyi siyasətin məqsədləri “Böyük qayıdış” proqramının tam olaraq icrasına yönəlib. Bildiyimiz kimi, işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu qədim diyarı, sözün əsl mənasında, viran qoyub.Mənfur düşmənin törətdiyi çoxsaylı müharibə cinayətlərinə, eyni zamanda Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlının, o cümlədən təqribən 200 uşağın indiyədək itkin düşmüş hesab edilməsinə baxmayaraq, Azərbaycan Ermənistana qarşı münasibətlərdə beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət edir. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılmış və ölkələrinə qaytarılmışdır. Ancaq erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə göndərilmiş müraciət hələ də cavabsızdır. Bu məzarlıqlar hərbi cinayətlərin növbəti sübutları olacaq.İşğal dövründə öz doğma yurdlarından didərgin düşmüş qaçqınlar, məcburi köçkünlər üçün Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə fəal şəkildə evlər tikilirdi. Hər il təxminən 5-6 min ailə, təqribən 30 min insan yerləşdirilmişdir. Onlardan təqribən 70 faizi normal həyat şəraitində yaşayır. Lakin qaçqınların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Hazırda xüsusilə belə vətəndaşların tez bir zamanda öz torpaqlarına qayıda bilməsi üçün Qarabağda əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur.
Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi torpaqları əsl sahibləri yenidən dirçəldəcək. Şəhərlərimiz, kəndlərimiz qısa müddət ərzində bərpa ediləcək və Qarabağa yenidən həyat qayıdacaq.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir

Son illər dünyada kütləvi yayılmış koronavirus (COVİD-19) pandemiyası bəşəriyyət üçün XXI əsrin ən ciddi təhlükələrindən birinə çevrilib. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə dünya dövlətləri tərəfindən çoxsaylı tədbirlər görülməkdədir. Bu cəbhədə məğlubiyyətə  uğrayanlarla  yanaşı, digərlərindən daha çox  uğura  nail  olanlar  da  var.  İndiyədək görünməmiş bir problem şəraitində ölkələr  virusun yayılmasının qarşısını almaq, yaxud onun yayılma sürətini azaltmaq məqsədilə əllərindən gələni əsirgəmir. Ayrı-ayrı ölkələrdə  xüsusi  karantin  rejimi  və  sosial  izolyasiya tədbirləri tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Çıxışlarının birində Cənab İlham Əliyev demişdir: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər  bir vətəndaş  öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur”.
Koronavirus pandemiyasının başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağırıblar. Bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Bu gözə görünməz virusdan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb.Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir. Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.
Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.
Vətəndaşlar bilməlidilər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur

44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanmış Azərbaycan müharibə dövründə də Ermənistanın sivil əhaliyə qarşı olan təcavüzündən təngə gəlmişdi. 30 ildir ki, Ağdam, Füzuli və digər ərazilərdə müdafiə sədləri qurmağa çalışan, lakin müharibənin nəticəsində bütün o sədləri darmadağın olan Ermənistan bütün ərazilərimizi minalamışdılar. Ermənistan bununla maksimum insan itkisinə nail olmağı, həmçinin Azərbaycanın Qarabağda başlatdığı yenidənqurma bərpa işlərinə, xarici şirkətlərlə birgə həyata keçiriləcək meqalayihələrə süni əngəllər törətməyi qarşısına hədəf qoymuşdur.
Hər addımında ölüm saçan Ağdamın mina xəritələrinin əldə olunması böyük addım, lakin yenə də bu xəritələrin 25 faizinin doğruluğu isə Ermənistanın mənfur siyasətinin bir sübutudur. Mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir.
Bununla da Hərbi Zəfərdən Diplomatik Qələbəyə doğru addımlayan Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistanı gerçəklərlə razılaşmağa, mina xəritələrini doğru şəkildə təhvil verməyə çağırsa da, onlar bunu etməmişdilər. Çünki mənfurluq elə onların xislətində vardır.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyibdir

Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradə və qətiyyəti, xalqımızın birliyi, rəşadətli Ordumuzun yüksək peşəkarlığı sayəsində erməni kimi qaniçən, rəzil düşməni müqəddəs torpaqlarımızdan iti qovan kimi qovduq. Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan bu tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Tarixin sonrakı dönəmlərində belə başına endirilən “dəmir yumruğun” zərbəsini düşmən bütün varlığı ilə yaşayacaq, hiss edəcək. Böyük Qələbəmizin nidası olan Zəfər paradı Müzəffər Ali Baş Komandanımızın qətiyyətlə bəyan etdiyi “Qarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsi oldu.
44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu.
2021-ci il iyunun 15-də Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu.
Dövlətimizin başçısı İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında da bu məqama, bu tarixi hadisəyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Türkiyə bu gün Qarabağın yenidən qurulmasında və abadlaşdırılması işlərində də ölkəmizə ən yaxından dəstək verən dövlətlərdən biridir

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirakı birliyin gücünün növbəti dəfə nümayişidir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur.
Eyni zamanda, bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməli qoyuldu. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.
Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Türkiyə bu gün Qarabağın yenidən qurulmasında və abadlaşdırılması işlərində də ölkəmizə ən yaxından dəstək verən dövlətlərdən biridir. Bu ölkənin şirkətləri ilə birgə görülən işlər buradakı fəaliyyət üçün də yeni imkanlar yaradıb. Müharibənin gedişində də Prezident İlham Əliyev bildirmişdi ki, biz Qarabağın yenidən qurulmasında yalnız dost şirkətləri görməkdə məmnun olacağıq, Azərbaycanın haqq səsini dəstəkləyən, ədalətli mövqeyinə dəstək verən şirkətləri görməkdə maraqlıyıq.
Bu gün Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə təşəkkürünü bildirən dövlətimizin başçısı deyib: “Onların yorulmaz səyləri nəticəsində bu gün bax bu bölgədə yollar çəkilir, dəmir yolları çəkilir, tunellər çəkilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, bizim qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq. Dövlətlərimiz bundan sonra da uğurlu işbirliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan gücü, birgə gücü daha da təsirli olacaq”.
Artıq bütün dünya üçün sirr deyil ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələri yarada bilər. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Hazırda pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkəmiz geniş beynəlxalq əlaqələrini davam etdirir, pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin dəstəklənməsi də ölkəmizin artan nüfuzundan xəbər verir.
Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Onun sözlərinə görə, xarici siyasətimizdə qonşu dövlətlərlə münasibətlərin inkişafı xüsusi yer tutur: Bu məqamda Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrini də xüsusi vurğulamaq yerinə düşər. Məlumdur ki, ölkəmizin Xarici İşlər və Müdafiə nazirləri qardaş ölkəyə səfər ediblər. Səfər zamanı Türkiyə Prezidenti, eləcə də digər müvafiq dövlət qurumlarının rəhbərliyi ilə görüşlər keçirilib, mühüm müzakirələr aparılıb.
Azərbaycan–Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir: İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Ermənistanın işğalçı siyasəti davam etdirdiyi üçün Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul etməsi, bu zaman aparılan müzakirələr bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan və Türkiyə regionda söz sahibi olan dövlətlərdir

Qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın tək olmadığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan–Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə qardaş ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada nüfuzu daha da artmaqdadır.
Azərbaycan və türk diasporu da xarici ölkələrdə vahid mövqedən çıxış edir. Həm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin, həm də uydurma “erməni soyqırımı”nın beynəlxalq müstəvidə ifşa olunmasında hər iki xalqın diasporu fəal əməkdaşlıq edir: “Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə əlaqədar xaricdə yaşayan soydaşlarımız dövlətimizlə, ordumuzla həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyib, ordumuza, dövlətimizə dəstək nümayiş etdiriblər. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu niyyətlərini açıb göstərir. Bütövlükdə, bu fəaliyyət Azərbaycan diasporunun son illər mütəşəkkil qüvvəyə çevrilməsinin göstəricisidir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər bu faktı bir daha təsdiqləyir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə bu ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada  nüfuzu daha da artmaqdadır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də hər zaman iki dövlət bir-birini fəal surətdə dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün də bir nümunədir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub

Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə əsaslanan və milli maraqları əks etdirən xarici siyasət kursu yeridən dövlətdir. Bu gün Azərbaycanın Ermənistan istisna olmaqla, digər bütün qonşuları ilə, xüsusilə də Rusiya ilə qarşılıqlı iqtisadi və siyasi əlaqələri ən yüksək səviyyədədir. Bu çoxəsrlik ənənəyə və iqtisadi-siyasi münasibətlərə söykənir.
Rusiya ilə imzalanmış Müttəfiqlik haqqında bəyannamə də bu baxımdan müstəsna əhəmiyyətə malik olan və hər iki dövlətin maraqlarını əks etdirən hüquqi sənəddir. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasət praqmatikliyi və xalqın milli maraqlarını ifadə etməklə iqtisadi və sosial rifaha, sabitliyə və dəyişən dünyada sabitliyi maksimum qorumağa yönəlib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Azərbaycan hökuməti ilə rəsmi Moskva arasında qurulmuş qarşılıqlı işgüzar münasibətlər mühüm əhəmiyyətə malikdir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

Vaksinasiya siyasəti

Son vaxtlar dünyanı cənginə almış, XXI əsrin bəlalarından biri hesab edilən koronavirus infeksiyası təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Bütün sahələrə öz mənfi təsirini göstərən, milyonlarla insanın ölümünə səbəb olan Covid-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, təsir gücünün azaldılması məqsədi ilə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olan dövlət başçısı tərəfindən pandemiyanın təsir gücünün azaldılmasına xidmət edən və xalqımızın daha az zərərlə bu bəladan qurtulmasını təmin edən sərəncam və qərarlar imzalanmışdır. Tibbi müəssisələrin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılması, karantin müddətində əhalinin rifahının yaxşılaşdırılması məqsədi ilə yardımların edilməsi dövlət başçısının daim xalqı düşündüyünün bariz nümunələridir.
İnsanların sağlamlıqlarının qorunması məqsədi ilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılmışdır. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürülmüş, hətta işə gəlməyən işçilərin əmək haqqı saxlanılmışdır. Son aylarda ölkə əhalisinin peyvəndlənmə prosesi də yoluxmaların qarşısınən alınmasına və yoluxma riskinin azaldılmasına xidmət edir. Statistik göstəricilərə əsasən demək olar ki, bütün bu tədbirlər öz müsbət təsirini göstərməkdədir. İnanırıq ki, bütün çətinliklərdə olduğu kimi, bu çətin günlərdən də xalqımız üzüağ və qalib cıxacaqdır. Hər zaman dövlətçiliyimizin təməli olan lider- xalq birliyi bu problemin həllində də öz sözünü deyəcəkdir.
“Biz birlikdə güclüyük! “

Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru

 

Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir

Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əkməkdaşlıq əlaqələri yarada bilər. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Hazırda pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkəmiz geniş beynəlxalq əlaqələrini davam etdirir, pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin dəstəklənməsi də ölkəmizin artan nüfuzundan xəbər verir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Xarici siyasətimizdə qonşu dövlətlərlə münasibətlərin inkişafı xüsusi yer tutur. Bu məqamda Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrini də xüsusi vurğulamaq yerinə düşər. Azərbaycan–Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir: “İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir.
Azərbaycan–Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə qardaş ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada nüfuzu daha da artmaqdadır.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

Turizm sənayesi

Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır. Sadələşdirilmiş viza rejiminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axınının artması, təbii olaraq ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir. Cənab Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının əhəmiyyətini vurğulayarkən mütəmadi olaraq turizm sahəsindəki vəziyyətə də toxunur və bu barədə görülən işlərdən bəhs edir. Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün turistlərin rahat, təhlükəsiz istirahəti üçün zəruri şərait yaradılmışdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Məsələn, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə – Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək.
Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. Bununla bağlı müxtəlif tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.
2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğalından azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, “ağllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verəcəkdir.
Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir.

Babaş Babaşov – Zərdab şəhər 3 saylı ram orta məktəbin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın