Qənirə Paşayeva yeni nəsil rəssamlarından Təranə Səid ilə görüşüb-FOTO
Qanunla.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yeni nəsil rəssamlarından Təranə Səid ilə görüşüb. Görüş zamanı Təranə Səid rəsm əsərini komitə sədrinə hədiyyə edib.
Q.Paşayeva rəssama belə bir anlamlı rəsm əsəri üçün təşəkkür edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb: “Bu il ölkəmizdə “Şuşa İli”dir. Ümidvaram ki, Şuşa, tarixi Zəfərimiz, Qarabağa mədəniyyətlə qayıdış sizin yeni əsərlərinizə mövzu olacaq. Sizə yeni yaradıcılıq uğurları diləyirəm. Qarşıdan gələn Novruz bayramınız mübarək olsun”!
Rəssam Təranə Səid səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın