21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI

  • DÜNYA
  • 11 Aprel 2022
  • 1.683 BAXIŞ SAYI
BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI

Ukraynada müharibə zamanı 1,8 mindən çox mülki şəxs həlak olub.

Qafqazaz.com  UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

“Rusiya Federasiyasının Ukraynaya silahlı hücumunun başladığı 24 fevral saat 04:00-dan indiyədək Ukraynada 1 842 mülki vətəndaş ölüb, 2 493 dinc sakin isə yaralanıb”, – hesabatda göstərilib.

Ölən 1 842 nəfərin 474-ü kişi, 301-i qadın, 28-i qız, 50-si oğlandır, həmçinin 70 uşaq və 919 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib.

2 493 yaralının isə 287-si kişi, 216-sı qadın, 49-u qız və 50-si oğlandır, o cümlədən cinsiyyəti hələ tam dəqiqləşdirilməmiş 134 uşaq və 1 757 yetkin şəxs var.

  1. Bəzi rayonlarda ərazinin minalanması səbəbindən mülki əhali arasında itkilərin sayının hesablanması mümkün deyil.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın