Aİ-nin diplomatı Almaniya polisi tərəfindən saxlanıldı
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin (EEAS) baş katibinin müavini Enrike Mora İrandakı danışıqlarından Brüsselə qayıdarkən Almaniyanın Frankfurt hava limanında alman polisi tərəfindən saxlanılıb.
Qafqazaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İranın nüvə sazişi üzrə danışıqlar aparan yüksək səviyyəli diplomat Mora sosial media hesabında Almaniya polisinin heç bir səbəb göstərmədən onu və iki yüksək səviyyəli avropalı diplomatı saxladığını açıqlayıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell komandasının yüksək səviyyəli diplomatlarından biri olan Mora, “Heç bir izahat verilmədi. Mən İspaniya diplomatik pasportu olan, rəsmi vəzifədən qayıdan Aİ rəsmisiyəm. Mənim pasportumu və telefonumu götürdülər”,- deyib.
O, bu hadisəni Vyana Konvensiyasının pozulması adlandırıb.