21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Deputat və başçı Goranboyda vətəndaşları qəbul edib – FOTO

Deputat və başçı Goranboyda vətəndaşları qəbul edib – FOTO

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.

Qafqazaz.com  xəbər verir ki, qəbul zamanı hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq  nəzarətə götürülüb.İcra hakimiyyətinin və Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib. Üç saata yaxın davam edən qəbulda vətəndaşlar İcra başçısı və deputata istədikləri sualları verərək ətraflı cavablar alıblar.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın