22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

ƏSL MÜSTƏQİLLİK MƏHZ ODUR Kİ, SƏN MÜSTƏQİL SİYASƏT APARA BİLƏSƏN

ƏSL MÜSTƏQİLLİK MƏHZ ODUR Kİ, SƏN MÜSTƏQİL SİYASƏT APARA BİLƏSƏN

ƏSL MÜSTƏQİLLİK MƏHZ ODUR Kİ, SƏN MÜSTƏQİL SİYASƏT APARA BİLƏSƏN

 104 il bundan əvvəl Azərbyacanın müstəqilliyi ardı-arası kəsilməyən ağır, gərgin ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə elan olunmuşdu. Qurucuları Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq üçün həm ölkənin daxilində, həm də xaricində kök salmış düşmənlərə qarşı mübarizə aparırdılar. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində aparılan mübarizədə bir çox sahədə nailiyyətlər əldə edilsə də, o vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi, həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Müstəqilliyin elanından bir gün sonra yeni yaradılmış hökumət qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. Çünki XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm deyildi. Dünya imperializmi və yenidən dirçələn Rusiya imperiyası buna imkan vermədi. Sovet hakimiyyəti illərində də vahid dövlət daxilində olsaq da ermənilər öz torpaq iddialarından əl çəkmədilər.Sovetlər Birliyinin dağılması onların beynəlxalq güclərə arxalanaraq Qarabağı işğal etməsi ilə nəticələndi. 30 il ərzində işğalda saxladıqları bu cənnət diyarı xarabazarlığa çevirdilər, daşı daş üstə qoymadılar. Burada baş verənlər erməni vandalizminin, faşist dünyagörüşünün bariz nümunəsi oldu.

Əsil və əbədi müstəqilliyini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əldə edən Azərbaycan öz haqq işi uğrunda mübarizəsindən bir an belə geri çəkilmədi. Ardıcıl və məqsədyönlü siyasət, uğurlu diplomatiya, iqtisadi və hərbi sahədə qazanılmış nailiyyətlər və siyasi sabitlik bu proseslərin sonunu gətirdi. Ulu Öndər ideyalarının mübariz davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi öz sözünü dedi.44 günkül Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Üç minə yaxın şəhidimizin qanı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu.Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Dünyaya sübut elədik ki, bizim qəlbimizdəki Vətən sevgisinin qarşısında heç bir güc, heç bir silah davam gətirə bilməz. Sübut elədik ki. Öz liderinin ətrafında sıx birləşən bir xalqı yenmək olmaz.

İndi bu torpaqlara “Böyük qayıdış” başlayıb. Qarabağın hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bunlar göstərir ki, ermənilərdən fərqli olaraq biz azərbaycanlılar qurub yaratmağı sevirik. Onlar kimi dağıtmaq, məhv etmək, saxta tarix yazmaq kimi işlər bizə yaddır.

Həyat  reallıqları sevir. Real olan isə budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır. Cənab prezidentimz  İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın həm də müharibədə qazanan qələbənin siyasi əsasıdır.Reallıq budur ki, dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin az olduğu bir dönəmdə Azərbaycan regionda yardıma, kreditə ehtiyacı olmayan yeganə ölkədir. Bu da Azərbaycana müstəqil siyasət yürütmək imkanı verir və əsl müstəqillik də budur.Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların lokomotivi olmuşdur.Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir.           Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.Mayın 28-i tarixin ən mürəkkəb sınaqlarından uğurla keçən Azərbaycan müstəqilliyimizin 104-cü ilini qeyd edir. Azərbaycan Prezident cənab İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyasının qazandırdığı zəfərlə güclü, qüdrətli dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- KÖNÜL RƏHİMOVA

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın