Xəzər dənizinin strateji əhəmiyyəti
Xəzər dənizinin strateji əhəmiyyəti
İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsib edir. Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrin həyata vəsiqa qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir -birinin daxili işinə qarışmamaq təşkil edir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verir. Prezident cənab İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətinin uğurla inkişaf etdiyini məmnunluq hiss ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Jalə Kərimli
Zərdab şəhər sakini fəal gənc