22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çeki sahibləri NAZİRLƏRƏ MÜRACİƏT etdi – Açıq Məktub

Özəlləşdirmə çeki sahibləri NAZİRLƏRƏ MÜRACİƏT etdi – Açıq Məktub

Əlində özəlləşdirmə çekləri qalan 33 000 ailə baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət edib.

Millitribuna.az xəbər verir ki, müraciət edən ailələr haqqlarının bərpası üçün müvafiq qurumlardan dəstək gözlədiklərini qeyd ediblər. Vətəndaşlar o vaxtı yaradılmış imkandan bu gün istifadə etmək üçün çeklərin yenidən tədavülə buraxılması ilə bağlı problemə diqqət göstərmələri xahiş ediblər.

Sözügedən AÇIQ MƏKTUB-u təqdim edirik:

“Özəlləşdirmə çeklərini ümidlə saxlayan yüz minlərlə ailə adından xahiş edirik ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun lahiyəsində keçmişdə baş vermiş səhvlərin və Konstitusiyaya zidd maddələrin analiz edilərək aradan qaldırılmasına diqqət göstərəsiniz. Çünki o vaxtı qəbul olunan qanunla özəlləşdiriləcək bütün orta və böyük müəssisələrin əmlaklarının 65%-nin mülkiyyət payı kimi dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə ölkə vətəndaşlarına verilməsi kapitalizmə dinc keçid üçün dövlətin və Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti prinsipinin əsasını təşkil edib.

Artıq hamıya məlumdur ki, mülkiyyət hüququ heç bir fərmanla ləğv edilə və ya pozula bilməz. Eyni zamanda Baş Nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, artıq bizim ölkəmizdə də beynəlxalq hüquqa uyğun olaraq qiymətli kağızların alqı-satqısı, dövriyyəsi ancaq qanunla tənzimlənəcək. Deməli, özəlləşdirmə çeklərinin tədavülü barədə Cənab Prezidentin yeni fərmanına heç bir ehtiyac yoxdur. Yəni, özəlləşdirmə payına düşən əmlak mülkiyyət hüququ və dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinin yeni “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda tənzimlənməsi Konstitusiya, qanunlara və beynəlxalq hüquq normalarına uyğun olacaq.

Özəlləşdirməçekləri ilə bağlı prosesdə mövcud olan səhvlər və qanunsuzluqlar 5 il öncə bir neçə hüquqşünas, professor, deputatlar və ekspertlər tərəfindən araşdırılıb.

33 min ailə adından xahiş edirik ki, bu linkdəki bütün məmlumatlarla yaxından tanış olasınız.

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Ümid edirik ki, cənab Prezident İlham Əliyevə düzgün məlumat çatdırılacaq.

Bu müraciəti oxuyandan sonra yəqin ki, hələ də çeklərini satmayan 1 milyon vətəndaşa Mülki Məcəllədəki qayda üzrə kompensasiyanı ödəmədən, dövlət əmlaklarının satılmasının Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa zidd olduğunu biləcəksiniz.

Sonda bu sualımıza cavab verilməsini xahiş edirik.

Cənab Prezidentin 22 ilyul 2022-ci il sərəncamı ilə hazırlanan yeni özəlləşdirmə qanunda vətəndaşların özəlləşdirmə əmlak payı, özəlləşdirmə çeklərinin dövriyyəsi və nominal əmlak dəyəri barədə maddələr olacaqmı?

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın