22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib.

Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası ölkəmizin xarici ticarət mövqelərinin şaxələnməsinə, ölkəmizin geoiqtisadi nüfuzunun artmasında şərait yaratmışdır.  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu imzalanıb. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen rəsmi səfərə getdiyi Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevlə görüşüb. Cənab Prezident İlham Əliyev və U.Leyen daha çox Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlıq Anlaşma Memorandumunu imzalayıblar. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlardan istifadə edir. Hazırda Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, bizim dövlətimizin və hökumətimizin çox böyük nailiyyətidir. Eyni zamanda, daha geniş əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı var. Ursula Fon der Leyen görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifa­qının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra oluncağına heç şübhə yoxdur. Tərəflər bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirirlər.

Hazırda Azərbaycan Qarabağada bir çox istiqamətlərdə o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırır. Artıq bir sıra layihələrin icrasına başlanılıb. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti cənab İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru Vəfa Bayramova.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın