19.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər – VİDEO

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər – VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi !
Bu rəsmi dövlət qurumu olsa da rəhbəri Zaur Mikayılov buranı şəxsi holdingi kimi idarə edir. Hətta, öz yaxınlarını, qohumlarını və tanışlarını ətrafına toplayan Mikayılov onlara, “istədiyiniz kimi kollektivi qurun, idarə edin” deyə tapşırıq – daha doğrusu ixtiyar da verib.

DogruXeber.az” xatırladır ki, bir neçə gün əvvəl “Zaur Mikayılov qudasını özünə müşavir təyin etdi” başlığı ilə yerli mediada yayımlanan məlumatlar böyük rezonans doğurdu.

Qeyd edək ki, Əsəd Şirinov Zaur Mikayılovun vəzifəyə təyin etdiyi ikinci qudası idi. Bundan az əvvəl də digər qudası Fuad Quliyevi özünə müşavir təyin etmişdi. Lakin, sonradan Fuad Quliyevi aparat rəhbəri təyin edən Mikayılov beləcə Qazaxıstanda “Coca-Cola” şirkətinə rəhbərlik edən qudası Əsəd Şirinov üçün vakansiya yeri hazırlamış oldu.

Yerli medianın gündəminə ard-arda bomba kimi düşən bu xəbərlərin yaratdığı səs-küydən deyəsən biraz narahat olan Zaur Mikayılov media gündəminə bir şayiə ötürdü ki, güya qudası istefa verib. Lakin, məlumatı dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışan mətbuat nümayəndələrinin heç biri ilə qurum tərəfindən iltifata keçilmədi. Bu isə o, deməkdir ki, “qohumcanlı” Mikayılovun “iz itirmək planı” istədiyi nəticəni vermədi.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, bizim Zaur Mikayılov təkcə qohumcanlı deyil, eyni zamanda keçmişini unutmayan, “dostcanlı” mehriban insandır. Onun bu keyfiyyətlərinin bariz nümunəsi elə əvvəllər özünün işlədiyi “Bravo” marketlər şəbəkəsinin bir neçə çalışanlarını savad səviyyəsinin azlığına, çoxluğuna baxmadan əvvəl “Melorasiya və Su Təsərrüfatı” ASC -nə, indi də Dövlət Su Ehtiyatları Agentliyinə daşımasıdır. Özü də qurumun içindən redaksiyamıza verilən məlumata görə marketdən gələnlərin hamısına mühüm vəzifələr həvalə olunub.

Yuxarıda da qeyd etdiyimiz kimi Zaur Mikayılov əvvəl “Melorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsində çalışırdı.

Ölkə başçısının 30 mart 2023-cü il tarixli fərmanına əsasən Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı və rəhbəri də Zaur Mikayılov oldu. Fəaliyyətinə və strukturuna nəzər salanda, sadəcə qurumun adı dəyişdirildiyini görmək olar. Amma, ağrıdıcı məqamlardan biri də budur ki, onsuzda Melorasiya və Su Təsərrüfatı ASC olaraq özünü doğrultmayan bu qurumun səlahiyyətləri daha da artırıldı və keçmiş “Azərsu” ASC də “İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi adı ilə Zaur Mikayılovun “caynağına” verildi.

“Tanımadığı adamlarla işləməyi xoşlamayan” Zaur müəllim demək olar ki, dərhal kütləvi ixtisarlar apararaq qurum çalışanlarını parçaladı.

Təsəvvür edin ki, Bakının Yasamal , Nərimanov, Nəsimi, Sabunçu, Binəqədi və digər rayonlarında Sukanal idarələrinin rəisləri işdən azad ediliblər. İdarələrin digər çalışanlarına isə “özünüzə iş tapın” xəbərdarlığı, daha doğrusu bildirişi göndərilib.

Görünür bu qurumda işləmək şansına nail olmaq üçün ya Zaur Mikayılovla mütləq şəkildə qohum olmaq lazımdır, ya da “Bravo” marketdə iş təcrübəsi.

Maraqlıdır, bu qədər insanların özlərinə harada iş tapmalarını tövsiyyə edirsiniz, Zaur müəllim?

Varmı bildiyiniz iş yerləri?

Hələ bu harasıdır?!

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə kütləvi ixtisarlar qərarı Zaur Mikayılovun “ürəyini tam soyutmayıb”. O, eyni zamanda keçmiş “Azərsu” işçilərinin maaşlarının azaldılmasına və çalışma dərəcələrinə görə əmək haqlarına edilən əlavələrin ləğvinə də qərar verib.

İndi keçək işdən çıxarılanların yerinə yeni təyinatlara !

1. Nəzarət Ölçü Cihazları İdarəsinin (ən gəlirli idarə hesab olunur) rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Zaur Mikayılovun qudasının 1996 ci il təvəllüdlü yaxın qohumu gətirilib.

Xatırladaq ki, Eyvaz Hüseynov keçmiş “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğludur.

2. Su Tikinti idarəsinə 1992 – ci il il təvəllüdlü (qudanın qohumu olduğu deyilən) Orxan İmanlı
təyin olunub.

Mənbənin məlumatına görə bu şəxs hər kəslə kobud davrandığı və söyüşlə danışdığı üçün bütün işçilər ondan narazıdır.

3. Yasamal rayon Sukanal idarəsinə 1988 – ci il təvəllüdlü Orucov Sərxan təyinat alıb.

4. Nəqliyyat idarəsinə 1996-cı təvəllüdlü, “Bravo” supermarketlər şəbəkəsindən gələn Sabir Cabrayılov təyin olunub.

5. Keçmiş “Azərsu” ASC sədri Qorxmaz Hüseynovu 3 il əvəz edən Köçərli Həsənovu “İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin rəhbər təyin edib. Halbuki, köçərli Həsənovun adı bir zamanlar korrupsiyada hallanırdı. Belə ki, Qaradağ rayonunda milyon manatlıq dəyəri olan qalın stendli böyük borunun satışında Köçərli Həsənovun da adının keçdiyi deyilirdi. Amma, nə hikmətsə, bu məsələdə günahlandırılıb işdən çıxarılan Qaradağ rayon Sukanal idarəsinin rəisi Elnur Əliyev oldu.

Abşeron rayonunda “Qurd dərəsi” adlanan ərazidə yaşayan sakinlərin “DogruXeber.az“a kütləvi müraciətlərində sakinlər iddia edirdi ki, “Azərsu” ASC-nin məsul əməkdaşı əraziyə su borusunun çəkilməsi üçün onlardan müxtəlif məbləğlərdə pullar alıb. Lakin, ümumilikdə 40.000 (qırx min) manatdan yuxarı pul yığılmasına baxmayaraq, bugünə qədər də vətəndaşların su problemləri öz həllini tapmayıb.

Qeyd edək ki, sözügedən vətəndaşlar məsələdə Köçərli rolunun olduğunu iddia edirdilər və hətta bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etdiklərini deyirdilər.

Bundan əlavə, “DogruXeber.az” az informasiya agentliyi olaraq, həmin vətəndaşların redaksiyamıza rəsmi müraciətləri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, “Azərsu” ASC rəhbərliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Lakin, təəssüflər olsun ki, bugünə qədər nə sorğularımız cavablandırılıb, nə də vətəndaşların iddiasında adı çəkilən məsul şəxslər barəsində qanuni tədbir görülüb.

Köçərli Həsənovun bütün etdiklərinə rəğmən vəzifəsinin artırılması isə hansı “fəaliyyət formaları” ilə Zaur Mikayılovun “rəğbətini qazanmağın” mümkünlüyünün bariz nümunəsidir.

Daha bir real nümunə isə Londonda Milyonluq villaları və oğlunun avtomobil kolleksiyası ilə məşhur olan müavin Rafiq Aslanova, eləcə də sərvətlər ilə kolleqasından heç də geri qalmayan və müxtəlif korrupsiya hallarında adı çəkilən digər müavin Zakir Quliyevə mühüm vəzifələrin həvalə olunmasıdır.

Bu qədər qanunlara meydan oxumaq” və əks davranışlar Zaur Mikayılovun fəaliyyətini izləyən hər kəsdə haqlı şübhələr yaradır.

Yəqin, oxucularımız da bizimlə razılaşar ki, Dövlət məmurunun xalqı “qıcıqlandırma prinsipləri” xalqı dövlətə düşmən etmək məqsədi kimi görünür.

Adam sanki, dövlətdən və xalqdan nəyinsə qisasını alır.

P.S: Qeyd edək ki, Zərdab, Kürdəmir, Şəmkir, Ağdam və Balakən rayonlarının Suvarma Sistemləri İdarələrinin rəislərinin dövlət büdcəsinə vurduqları külli miqdarda ziyanlar və digər qanunsuz əməlləri barəsində dəfələrlə göndərdiyimiz bütün sorğular bugünə qədər də cavabsız qalıb

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır – ŞOK məlumat

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? – Dövlət qurumunda “Dostluq birliyi” // VİDEO

https://dogruxeber.az/2023/07/10/yerli-yezid-ordusu-fermerlr-zlm-dir-vdeo.html

“Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir” – VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO

Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti – VİDEO+FOTO

“Sudan sərvət çıxaran” məmurlar – VİDEO

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın