12.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident Socara şərt qoydu !

Prezident Socara şərt qoydu !

Prezident Socara şərt qoydu !

Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında Socar- da neft hasilatında ciddi nöqsanların olmasını xüsusi qeyd edərək öz iradını bildirib.

Qafqazaz” xəbər verir ki, bu nöqsanların aradan qaldırılmasını və gələn ildən hasilatın stabil olmasını Socar rəhbərliyindən tələb edib . Ancaq sizlərə tam əminliklə deyirik ki, Socar- ın yeni iş bilməz komandası ilə bu mümkün olmayacaq. Apardıqları kadr siyasəti, ayaq baş idarəetmə bundan xəbər verir. Qazma trestinə təyin etdikləri rəhbər Pirim adlı birinin heç bir il çəkmədən 30 mlyonluq korrupsiya qalmaqalı, sonradan təyin etdikləri isə Rəşad adlı şəxsi ümumiyyətlə neftçilərə təhqir hesab etmək olar. Adam nəinki qazmaçıdı heç bir gündə quyuda işləməyib . Amma deyirlər yaxşı oğlandı , həmdə Salyanlıdı. Neftçi və ya qazmaçı olmasada olar.
Bu gərəksiz kadr siyasətini aparmaqla Cənab Prezidenti aldatmaq və vaxt udmaqdan başqa bir şey demir. Çünki daxili hasilatın azalmasına cavabdeh elə Socar özüdür, bunuda xarici şirkətlərin üzərinə atmaları onların sadəcə Cənab prezidentlə söz oyunundan xəbər verir.
Yalançını evinə kimi qovacayıq !

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın