18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ucar və Zərdab rayonlarında icra olunan “İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb-Foto

Ucar və Zərdab rayonlarında icra olunan “İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb-Foto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən Ucar və  Zərdab rayonlarında icra olunan “İKT Akademiyası – 2024” Layihəsi çərçivəsində mobil kurslar yekunlaşıb.
Layihənin əsas məqsədi müxtəlif sahələrdə çalışan və işsiz Qızlar və qadınların İKT bilikləri və praktiki vərdişlərinə yiyələnməsi və çalışdıqları sahələrdə innovativ metodlardan istifadə etməsi  üçün müasir internet resurslarından istifadə bacarıqlarının artırılmasından ibarətdir.
8 mobil kursdan ibarət olan layihə Ucar və Zərdabda yaşayan 50 qız və qadınların yararlanmasına imkan yaradıb. Mobil kurslar vasitəsi ilə iştirakçılar kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları,dizayn, e-hökumət, onlayn proqram resurslarından istifadə istiqamətində marifləndiriliblər.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın