NATO şərq cinahını buna görə gücləndirir
Şimali Atlantika Alyansı Rusiya-NATO Təsis Aktına əməl etməyə davam edir və ona uyğun olaraq şərq cinahını gücləndirir.
Qafqazaz.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz, NATO ölkələri, keçmişdə hər dəqiqə Rusiya-NATO Təsis Aktını açıq-aydın və dəqiq şəkildə dəstəkləmişik və indi də dəstəkləməyə davam edirik”, – deyə XİN rəhbəri bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri şərq cinahda təhlükəsizliyin gücləndirilməsi üçün zəmin yaradıb və bu, tamamilə akta uyğun olaraq baş verir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın