19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

ANTİTERROR TƏDBİRLƏRİ ORDUMUZUN GÜCÜNÜ VƏ QÜDRƏTİNİ BİR DAHA BÜTÜN DÜNYAYA GÖSTƏRDİ!

ANTİTERROR TƏDBİRLƏRİ ORDUMUZUN GÜCÜNÜ VƏ QÜDRƏTİNİ BİR DAHA BÜTÜN DÜNYAYA GÖSTƏRDİ!

ANTİTERROR TƏDBİRLƏRİ ORDUMUZUN GÜCÜNÜ VƏ QÜDRƏTİNİ BİR DAHA BÜTÜN DÜNYAYA GÖSTƏRDİ!

Antiterror əməliyyatları Azərbaycan hərb tarixində və dünya hərb tarixində müstəsna hallardan biridir. Azərbaycan tarixində bu antiterror əməliyyatı çox böyük hadisədir. Bu, Azərbaycanın suverenliyinin bərpası, separatizmin ləğvi, bu, örnək əməliyyatı idi. Mülki əhali əziyyət çəkmədən seperatçılara, terrorçulara qarşı keçirilən bir əməliyyat idi. Həm də bir gündən az çəkdi. Dünyada belə analoqu olan əməliyyat yoxdur. Bu əməliyyat öyrənilməlidir, necə ki, Şuşanın azad edilməsi və digər əməliyyatlar dünyanın bir çox hərbi akademiyaları tərəfindən araşdırılır. O cümlədən, bu antiterror əməliyyatı da araşdırılır. Ona görə ki, bu əməliyyat həm qısa çəkdi, həm də çox peşakar səviyyədə hazırlanmışdı. Mülki əhali heç bir zərər görmədi. Bunu hətta dünya, hər kəs etiraf etmək məcburiyyətindədir. Azərbaycan dövlətinin necə peşəkar səviyyədə bu əməliyyatı həyata keçirdiyini gördülər. Hər bir şəxs də bununla razılaşır. Bu, Azərbaycan tarixi üçün, Azərbaycan silahlı qüvvələri üçün çox əlamətdar hadisələrdən biridir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin. Bu, Azərbaycan xalqının necə vətənpərvər olduğunu göstərdi. Vətəni, dövləti, bayrağı nə qədər sevdiyini, nə qədər doğru addımlar atdığını göstərdi. Dünyada müharibələr var ki, uzun müddət davam edir və Azərbaycan dövləti axır zamanda öz istəyinə çatdı. Qarabağda qısa zamanda bərpa quruculuq işləri gedir, Xankəndidə universitet açıldı. Bu özü böyük quruculuğun nə qədər önəmli olduğunu göstərir. Orada artıq Azərbaycan övladları təhsil almağa başlayacaq. Bu da dünyaya bir mesajdır. Necə ki, sürətlə işğaldan azad edildi, elə də sürətli quruculuq, bərpa işləri həyata keçirilir. Qısa zamanda Qarabağda hava limanları tikilməsi, dəmir yolu xəttinin çəkilməsi, avtomobil yollarının çəkilişi, su, işıq, qazın çəkilməsi, kənd və şəhərlərin bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtması çox böyük tarixi hadisədir. Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmadı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.
Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi. Beləliklə, 19-20 sentyabr tarixlərində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Misilsiz dövlətçilik təfəkkürünə malik cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın