27.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Əməkdaşlığın səmərəliliyini artıran amil

  • MANŞET
  • 22 Aprel 2022
  • 1.761 BAXIŞ SAYI
Əməkdaşlığın səmərəliliyini artıran amil

Əməkdaşlığın səmərəliliyini artıran amil.

Qırğız Respublikasının Prezidenti ilə görüşdə gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Respublikasının Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq,  ötən 29 il ərzində  iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident cənab İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki  ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi. Ölkəmizə səfərindən məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqət çəkdi.

Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident cənab İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi. Bundan başqa Qırgız Prezidenti yaradılan dövlətlərarası şuranın ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacağına da əminliyini bildirdi. Bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında  iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarıb. Buna görə də Qırgız Respublikasının dövlət başçısı Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib. Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır, təşəbbüslər göstərir.

.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın