Tokayevdən prezidentlik müddəti ilə bağlı açıqlama
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.
Qafqazaz.com xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.
“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, – Tokayev əlavə edib.
Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.
Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın