27.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Roma” Konfrans Liqasının ilk qalibi oldu

  • İDMAN
  • 26 May 2022
  • 534 BAXIŞ SAYI
“Roma” Konfrans Liqasının ilk qalibi oldu

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Qafqazaz.com xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyunu Albaniyanın paytaxtı Tirana şəhərindəki Milli Arenada baş tutub.

Həlledici maçtda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” klubları üz-üzə gəlib.

Oyun qarşılıqlı hücumlarla yadda qalıb.

Maçtda ilk qol 32-ci dəqiqədə “Feyenoord”un qapısına vurulub.

Zaniolo “Roma”nı hesabda önə çıxarıb.

İlk hissə bu hesabla başa çatsa da ikinci hissə Niderland təmsilçisini qarşılıqlı hücumları ilə yadda qalıb.

Bütün bunlara baxmayaraq, hesab dəyişməyib və İtaliyanın “Roma” klubu tarixi uğura imza ataraq ilk dəfə təşkil olunan turnirin kubokunu başı üzərinə qaldırıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın