22.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar.

Gürcüstanın Baş nazirinin parlament seçkilərindən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi xarakterindən və dərin mahiyyətindən xəbər verir.
Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən xarici siyasət uğurlarımıza xüsusi diqqət yönəldərək bu reallığı bir daha diqqətə çatdırdı ki, ənənəvi tərəfdaşlarla əməkdaşlığımız yüksələn xətlə inkişaf edir və bundan sonra da belə olacaq.
Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Ümumilikdə Azərbaycan qonşuluq münasibətlərinin inkişafına xüsusi diqqət göstərir. Azərbaycan-Gürcüstan dünyaya qonşuluq nümunəsini təqdim edir. Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə işgüzar səfəri, səfər çərçivəsində Prezident cənab İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, qarşıdakı dövrün hədəflərini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında səslıəndirilən fikirlər ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. İki dost, qardaş ölkə olan Azərbaycan və Gürcüstan daim bir-birinin yanındadır. Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin sayında da artım diqqətdən kənarda qalmır. Bu günədək 100-dən artıq sənəd imzalanıb ki, bunlar da ayrı-ayrı sahələr üzrə münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.
“Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar” bildirən cənab İlham Əliyev onu əlavə etdi ki, partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik.

Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.”

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 

 

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi möhkəm dostluq və strateji tərəfdaşlıq əsaslarına sökənir. Bu münasibətlərin təməli həm coğrafi qonşuluq, həm də tarixi və mədəni köklərlə əlaqədardır. Qədim tarixdən bəri iki xalq arasında yaranmış əlaqələr, bölgənin siyasi və iqtisadi inkişafına müsbət təsir göstərib.

Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin tarixi çox qədimdən, Qafqaz Albaniyası və Kartli krallıqlarının mövcud olduğu dövrlərə gedib çıxır. Həmin dövrlərdə ticarət yolları və mədəni çıxışlar iki xalq arasında özəl əlaqələrin yaranmasına şərait yaratmışdır. Orta Əsrlərdə Gürcüstanla Azərbaycan arasındakı əlaqələr ticarət, sənətkarlıq və mədəni sahələrdə davam etdirilib.

Müstəqillik qazandıqdan sonra Azərbaycan və Gürcüstan arasında münasibətlər yeni keyfiyyət mərhələsinə daxil oldu. 1992-ci ildə Gürcüstanla diplomatik əlaqələr qurulduqdan sonra iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq daha da gücləndi. Strateji tərəfdaşlıq çərçivəsində TAP, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi irimiqyaslı enerji və nəqliyyat layihələri əməkdaşlığın möhkəm örnəkləridir.

Azərbaycan və Gürcüstan arasında münasibətlərin siyasi aspekti ali səviyyədə təşkilatlanmışdir. Dövlət başçılarının mütəmadi görüşləri və xarici işlər nazirlikləri arasındakı əlaqələr siyasi dialoqun intensivliyini nümayiş etdirir. Həm bölgədəki sülh və sabitlik, həm də üçtərəfli formata (Azərbaycan-Gürcüstan-Türkiyə) əsaslanan əməkdaşlıq bu dialoqu daha da möhkəmləndirir.

Enerji və nəqliyyat sektorlarında iki ölkə arasındakı əlaqələr strateji xarakter daşıyır. Şirvan neft yolunun modern formaları kimi Bakı-Tbilisi-Ceyhan boru kəməri iki xalqı birləşdirən simvollardan biridir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu Asiya və Avropa arasındakı iqtisadi əlaqələri asanlaşdıraraq, iki ölkənin regionda önəmli tranzit mərkəzi kimi çıxış etməsinə imkan yaradmışdır.

Mədəni-humanitar sahədə Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq çoxşəxli xarakter daşıyır. Mədəni tədbirlər, elm və təhsil sahəsində layihələr, habelə diasporların çıxışları iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasındakı mədəni köprülərin qərarlaşmasında müsbət rol oynayır.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tərəflərin qarşılıqlı maraqlarını, habelə bölgənin sabitliyini əks etdirən örnək bir əməkdaşlıq modelidir. Qədim tarixi köklərə sökənən bu dostluq, müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki xalq arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini söyləmək əsaslıdır.

Gəncliyə Dəstək İctimai birliyin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın