22.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir.

Azərbaycan və Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Hələ  Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Politseykaya küçəsi 20 ünvanında Gürcüstanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə N.S. Alışbey rəhbərlik etmişdir. Eyni zamanda hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuş və onlar arasında iqtisadi, mədəni əlaqələr dərinləşmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etmişdir. Hazırda Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət  Azərbaycan Dövlət Neft Şirkətidir.  Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcstan səfirliyinin, 1996-cı ilin may ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul vermişdir. Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmışdır.   İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri dinamik surətdə inkişafdadır. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754.9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kollar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər, yağlar, mandarin və digər sitrus meyvə məhsulları, toxumlar, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Gürcüstana isə 17346.4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan arasında aqrar elmi-tədqiqat sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizlə Gürcüstan arasında olan əlaqələr digər sahələrdə olduğu kimi enerji və nəqliyyat-logistika sahələrində də surətli inkişaf yolundadır. iki ölkə arasında enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırılan nəhəng layihələr qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi enerji layihələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Gürcüstan tranzit vasitəsilə Azərbaycan 11 ölkəyə öz təbii qazını ixrac edir. Eyni zamanda Gürcüstanın ixrac etdiyi təbii qazın80 faizdən çoxu Azərbaycan mənşəli təbii qazdır. Ümumi olaraq ötən ik ölkəmiz Gürcüstan vasitəsilə 25 milyard kubmetr təbii qaz ixrac etmişdir. Qafqazın iki qonşu ölkəsi olan Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri və sıx əməkdaşlıq yüksək surətlə inkişaf etməkdədir. Heç şübhəsiz bu əməkdaşlıq digər sahələridə özündə birləşdirərək yaxın gələcəkdə beynəlxalq səviyyəli növbəti layihələrin icrasını reallaşdıracaqdır.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov

 

 

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir.

Hazırda Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətləri durmadan inkişaf edir. Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı durumu qənaətbəxşdir. Ölkələrimizin uğurlu regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin regionumuzda və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinin sağlam təməlini təşkil edir. Bizim ölkələrimiz arasında mövcud olan və tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə əsaslanan misilsiz dostluq əlaqələri, sıx əməkdaşlıq münasibətləri indi yeni mərhələyə qədəm qoyur.

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.  Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır;

Bu gün Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. Belə ki, iki ölkə arasında yaşıl enerji və kommunikasiya sahələri üzrə həyata keçirilən layihələr həm Azərbaycanın, həm də Gürcüstanın təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına da əlavə impuls verəcək. Bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan dostluğu və həmrəyliyi tarixin sınağından uğurla çıxıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə həm gürcülər, həm də azərbaycanlılar arasında güclü inam var.

 

Zərdab rayon Nizami Gəncəvi adına  Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Xəlilova Rəhilə Cəbrayıl qızı.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın